İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" peyk TV kanalının internet səhifəsinə istinadən verdiyi xəbərə görə Cümə günü, Avqust ayının 22-də İraqın Diyalə əyalətinin Əzzərkuş kəndində yerləşən və Peyğəmbərin (s) səhabəsi "Müs`əb bin Üməyr" adına məscidə silahlı terroristlərin hücumu olmuş və onlarla namazqılan öldürülmüşdür.
Əl-Əraqiyyə TV kanalının verdiyi məlumata görə İraqın Daxili İşlər Nazirliyi bu hadisədən dərhal sonra hadisəni araşdırmaq üçün ölkənin ali rütbəli zabitləri tərəfindən tədqiqat komitəsi yaradılması əmrini vermişdir.
Bu xəbərə görə İraq Daxili İşlər Nazirliyi vurğulayıbdır ki, bu dəhşətli cinayətin amilləri və cinayəti törədənlər ən ağır cəza ilə cəzalandırılacaqlar.
Diyalə əyalətinin polisləri tərəfindən verilən xəbərə görə silahlı terroristlərin Əzzərkuş kəndinin məscidinə hücumu nəticəsində 30 nəfər ölmüş və yaralanmışdır.