IQNA

İİR-nın məktəblərində 6500 xanım Camaat Namazına imamlıq edir

11:41 - August 27, 2014
Xəbər sayı: 1443718
İctimaiyyət qrupu: İran İslam Respublikası "Namazın bərpası idarəsi"nin mədəniyyət, təlim və tədqiqat müavini İİR-nın məktəblərində Camaat Namazı imamlarının kadrlıq baxımından gücləndirilməsi və peşəkarlaşdırılması üçün Namaz əsas planda olmaqla təlim kurslarının keçirilməsi barədə xəbər verərək dedi: Hal-hazırda İran İslam Respublikasının məktəblərində 6500 xanım Camaat Namazına imamlıq edir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Seyid Məhəmməd Abdullahi – İİR Namazın Bərpası İdarəsinin mədəniyyət, təlim və tədqiqat müavini, İQNA ilə müsahibəsində İİR-nın məktəblərində Camaat Namazı imamlarının kadrlıq baxımından gücləndirilməsi və peşəkarlaşdırılması üçün Namaz əsas planda olmaqla təlim kurslarının keçirilməsi barədə xəbər verərək dedi: "Təhsil Nazirliyi ilə "Namazın Bərpası İdarəsi" arasında əldə olunan razılığa görə qərara alınmışdır ki, ölkənin məktəblərində Camaat İmamı vəzifəsində çalışan 6500 xanıma peşəkarlıqlarının artırılması və elmi baxımdan gücləndirilmələri üçün Namazla bağlı 24 saatlıq təlim kursları keçirilsin".



Abdullahinin dediyinə görə bu təlim kurslarının ilk mərhələsi 1393-cü ilin Tir ayında (İyul, 2014) mərkəzləşmiş şəkildə 400 nəfər Camaat İmamının iştirakı ilə Məşhəd şəhərində keçirilmişdir.



Təlim kurslarında Camaat İmamlarına "məktəblərdə təbliğ fürsətləri", "namaz və camaat imamı üçün zərurətlər", "namaz barədə qısa xütbə məharəti", "namaz hökmlərini ardıcıllıqla və gəzəl şəkildə açıqlama məharəti", "namazın doğru və gözəl qiraəti məharəti" və s... mövzular öyrədiləcəkdir.



Namazın Bərpası İdarəsinin mədəniyyət, təlim və tədqiqat müavininin dediyinə əsasən bu proqramın ikinci mərhələsi hal-hazırda dününəndən (26 avqust) başlamışdır və Avqust ayının 28-dək Məşhəd şəhərində öz işinə davam edəcəkdir. Bu mərhələdə 420 nəfər Camaat İmamı namazla bağlı təlim almağa başlamışdır.



Abdullahi: " Camaat Namazı imamlarının kadrlıq baxımından gücləndirilməsi və peşəkarlaşdırılması kurslarının üçüncü mərhələsi dini təhsil alan tələbə xanımlara məxsusdur ki, bu kurslar avqust ayının 29-dan 31-dək Müqəddəs Məşhəd şəhərində keçiriləcəkdir. Bu kurslarda ölkənin qızların təhsil aldığı məktəblərinin Camaat İmamları olan 400 nəfər xanım tələbə təlim alacaqdır. Üçüncü mərhələdə isə 300 nəfər xanım tələbə sentyabr ayının 3-dən 6-dək Qum şəhərində bu kurslarda təlim alacaqlar.



O, 13 min kişi və 6500 xanımın ölkə məktəblərində namazlarda Camaat İmamılığı etdiyinə işarə edərək dedi: Bu kurslar davamlı və mərkəzləşmiş şəkildə keçiriləcək və Təhsil Nazirliyi və Namaz Bərpası idarəsinin verdiyi proqrama əsasən bütün əyalət və şəhərlərdə ilin sonunadək davam edəcəkdir.  



Abdullahi vurğuladı: Çalışacayıq ki, ölkənin bütün məktəblərində çalışan 20 min Camaat İmamı üçün 2014 və 2015-ci təhsil ilində ən azı 24 saatlıq təlim kursları keçirək.



1443116

Teqlər: iran ، İİr ، camaat ، namaz ، xanım ، Tələbə ، məktəb ، mədrəsə
captcha