IQNA

Çin təhlükəsizlik qüvvələri Sinkiyanqın Quran mərkəzinə hücum etdi

22:50 - September 16, 2014
Xəbər sayı: 1450852
Beynəlxalq qrup: Çin təhlükəsizlik qüvvələri Sinkiyanq əyalətinin Quran tədrisi mərkəzlərinin qanunsuz olduğunu iddia edərək Quran mərkəzlərinə hücum etdilər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-cəzirə" xəbər agentliyinin internet səhifəsinə istinadən verdiyi xəbərə görə Çin təhlükəsizlik qüvvələri Sinkiyanq əyalətinin Quran tədrisi mərkəzlərinin qanunsuz olduğunu iddia edərək Quran mərkəzlərinə hücum etdilər və guya bu mərkəzlərdə Quran öyrənməyə gəlmiş 190 uşağı düşəcəkləri cinayətdən xilas etdilər.



Təhlükəsizlik qüvvələrinin xəbər mənbələri bildiriblər ki, keçirilən əməliyyatlarda Sinkiyanq əyalətinin Quran tədrisi mərkəzlərindən 26-sına hücum edilib və bu əyalətin Urumçu şəhərində 36 nəfər Quran üzrə fəaliyyət göstərən insan həbs edilib.



Təhlükəsizlik qüvvələri bu anti-İslam hücumlarında əyalətin digər 47 Quran və dini elmlər tədrisi mərkəzlərini hədəfə almış və onların da fəaliyyətinin qeyri-qanuni olduğunu iddia etmişlər.

Təhlükəsizlik qüvvələrinin "nicat" verdiyi 190 uşağın taleyindən isə heç kəsin xəbəri yoxdur.

Təhlükəsizlik qüvvələri bundan öncə də universitetdə dərs verən bir "uyğur" müəllimi dini elm tədris etdiyi üçün həbs edərək, onun şəxsi telefon, komputeri və digər şəxsi əşyalarını zəbt və müsadirə etmişdilər. 

Xəbərə görə müsəlman və türk uyğurlar öz uşaqlarını gizli şəkildə dini təhsil üçün Quran mərkəzlərinə göndərirlər. Çünki dini təhsil dövlət tərəfindən qadağandır.

Sinkiyanq əyalətinin sakinləri (Şərqi Türküstan) əksərən müsəlmandırlar və 64 il bundan öncədən Çinin işğalı alında yaşayırlar.



1450479

Teqlər: əl ، cəzirə ، çin ، quran ، urumçi ، iqna
captcha