İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "teleskop" xəbər və informasiya saytına istinadən verdiyi xəbərə görə Əli Cümə - Misirin sabiq baş müftisi, dünən, 19 sentyabr, Misirin "6 oktyabr" şəhərinin "Fazil məscidi"ndə Cümə namazının xütbəsində Həzrət İmam Əlinin (ə) kəlamına istinad edərək İŞİD terrorist qruplaşmasının xüsusiyyət və əlamətləri haqqında danışdı.
Əli Cümə vurğuladı: Nəim bin Həmmad özünün "əl-Fitən" - ("Fitnələr", c.1, s.210) – kitabında dördüncü Raşidi xəlifə Əli bin Əbi Talibdən (ə) nəql belə rəvayət edir: "Qara bayraqları gördüyünüz zaman yerinizdən hərəkət etməyin" – bu mənaya ki, onların dəvəti batildir, onlara qoşulmayın, onların köməyinə getməyin.
Hədisin davamında buyurur: "... daha sonra zəif bir ortaya çıxacaq və zahir olacaqlar ki, ürəkləri bərk dəmirin yonqarları kimidir, onlar heç bir əhd-peymana vəfadar olmayacaqlar, özləri haqq əhli olmadıqları halda haqqa dəvət edəcəklər. Onların adları, künyələri, ləqəbləri və nisbətləri şəhərlərin adlarından götürülmüşdür. Onlar öz aralarında ixtilafa düşdükləri zaman Allah-Taala haqq əhlindən olan Öz istədiyi kəsi zahir edəcəkdir".
Əli Cümə bu sifət və xüsusiyyətlərin İŞİD-çilər barəsində olduğunu vurğulayaraq Həzrət Peyğəmbərdən (s) də İmam Əlinin (ə) sözünün haqq olmağı barədə və təsdiqində belə bir hədis nəql etdi ki, Həzrət Rəsulullah (s) buyurub: "Mən elmin şəhəriyəm və Əli (ə) onun darvazasıdır".
İmam Əli (ə) bu qrupu çox dəqiq tanıtmışdır, "onların ürəkləri bərk dəmirdəndir", yəni qəlbləri qəsavət bağlayıb və daşlaşıbdır. Onları özlərini haqq bilir və İslam dövləti adlandırırlar, halbuki "xəvaric"dən heç biri bunu etməmişdir.
Onların adları və ləqəbləri şəhər adlarından götürülmüşdür: Əbu Bəkr Bəğadadi, Əl-Bəsri, Əl-Libi, Əl-Misri, Əbu Yasin və s...;
Müfti əlavə etdi: İŞİD-çilərin problemi budur ki, onlar İslamı başa düşməyiblər. Onlar İslamdan təhrif olmuş bir mənanı zehnlərində həkk ediblər. Onları alimlər tərbiyə etməyib, bəlkə onların zehnlərini zəif və batil məlumatlar yazılan kitablardan doldurublar. Bu firqəni həva-həvəs və şəhvət əsasında təşkil ediblər. Bunlar sağa-sola din adına baş kəsirlər...;
İslamın və Peyğəmbərin (s) bizə öyrətdiyi ilk dərs "rəhm" və rəhimli olmaqdır. Dinimiz rəhmət dinidir. Peyğəmbərimiz buyurur ki, rəhm edənlər Allahın rəhmətin qazanacaqlar.
Əli Cümə vurğuladı: İŞİD-çilər bizim dövrümüzün "xəvaric"ləridirlər. İndi isə bizə yalnız "Allah kifayət edər və O nə yaxşı vəkildir".
Qeyd edək ki, müftinin nəql etdiyi bu rəvayət "Ehqarul-həqq" (29/410) kitabında da nəql olunmuşdur. Bu kitabın müəllifi 400 il bundan öncə bu əsəri yazmış və 1019-cu hicri-qəməri ilində vəfat etmişdir.