IQNA

İranlı iştirakçı Rusiyanın Beynəlxalq Quran Yarışlarında ikinci yeri qazandı

23:33 - September 21, 2014
Xəbər sayı: 1452347
Beynəlxalq qrup: Rusiyanın Beynəlxalq Quran Yarışlarının 15-ci turunda İİR-nı təmsil edən peşəkar oxunuş üzrə Quran qarisi Mehdi Qulmanəjad yarışlarda ikinci yeri qazandı.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Rusiyanın Beynəlxalq Quran Yarışlarının 15-ci turunda İran İslam Respublikasını təmsil edən peşəkar oxunuş üzrə Quran qarisi Mehdi Qulmanəjad yarışlarda ikinci yeri qazandı.



Mehdi Qulamnəjad İran İslam Respublikasında tanınmış Quran qiraəti ustası və məşhur qaridir və ölkə üzrə keçirilən yarışlarda dördüncü yeri qazanmışdı.



İİR-nın Vəqflər və Xeyriyyə İşləri Təşkilatının ümümi əlaqələr şöbəsinin verdiyi xəbərə görə Rusiyanın Beynəlxalq Quran Yarışlarının 15-ci turunda dünyanın 38 ölkəsindən Quran qariləri və hafizləri iştirak edirdilər.



Bu Quran yarışları dünən, sentyabr ayının 20-də Rusiya federasiyasının müftilər şurasını tərəfindən və Rusiya dövləti, xüsusilədə ölkənin xarici işlər nazirliyinin şəxsi himayəsi ilə keçirildi.



Ərəbistanın Deman şəhirndə dünyaya gəlmiş və tanınmış Quran ustası olan Səəd Əl-Ğamidi bu tur müsabiqələrin xüsusi qonağı olub.



İİR-ın Mədəni əlaqələr idarəsi də bu müsabiqələr keçirilən vaxtda, həmin müsabiqələrin haşiyəsində Moskvada Quran sərgisi təşkil etmişdi.



1451998    

Teqlər: quran ، rusiya ، tur ، yarış ، səəd ، əl ، qamidi
captcha