IQNA

Ərəbistanın Quran yarışlarında hakimlik təlimi kurslarında 20 ölkə iştirak edir

0:16 - September 22, 2014
Xəbər sayı: 1452350
Beynəlxalq qrup: Səudiyyə Ərəbistanı Quran yarışlarında hakimlik məharətlərini öyrətmək üçün 5-ci tur təlim kursları təşkil edib. Bu təlim kurslarında dünyanın 20 ölkəsi iştirak edəcək. Hakimlik məharətləri təlim kursları Ərəbistanın Quran Yarışlarının haşiyəsində təşkil ediləcəkdir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əxbarul-vaqe" informasiya saytına istinadən verdiyi xəbərə görə Səudiyyə Ərəbistanın Quran hifzi, qiraəti və təfsiri yarışlarının 36-cı turunun haşiyəsində Quran Yarışlarında Hakimlik Məharətlərinin 5-ci tur təlim kursları da təşkil ediləcəkdir. Bu kurslarda 23 nəfər dünyanın 20 ölkəsindən iştirak edəcək.



Ərəbistanın Təbliğ, İrşad, Vəqflər və İslami İşlər Nazirliyinin daxili və beynəlxalq Quran yarışları katibliyinin verdiyi xəbərə görə Quran hifzi, qiraəti və təfsiri yarışlarının 36-cı turunun haşiyəsində keçiriləcək "Quran Yarışlarında Hakimlik Məharətlərinin təlimi" 5-ci tur təlim kurslarında iştirak edəcək ölkələrin adları açıqlabıb.



Bu yarışlar Məhərrəm ayının 22-dən 29-dək Şeyx Saleh bin Əbdül-əziz bin Muhəmməd Al-Şeyxin - Ərəbistanın Təbliğ, İrşad, Vəqflər və İslami İşlər Naziri, nəzarəti altında Məscidul-Həramda keçiriləcəkdir.



Qeyd edək ki, Ərəbistanın Quran yarışlarının 36-cı turunda Əhməd bin Əli Südeys (Ərəbistan), Salim bin Qərəmullah Zəharani (Ərəbistan), Şeyx Məhəmməd bin Yəhya Cəman (Yəmən), Tofiq bin Əhməd Əbqəri (Mərakeş) və Şeyx Şəhat Seyid Həsən Şahin (Misr) hakimlər heyətində iştirak edəcəklər.



1451973

Teqlər: ərəbistan ، quran ، yarış ، şəhat ، südeys ، vəqf
captcha