İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk TV kanalının rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah həftənin ikinci günü, sentyabr ayının 23-də "Əl-Aləm" peyk TV kanalıdan canlı yayımlanan çıxışında regionda baş verən hadisələri təhlil edərkən Amerikanın da İŞİD ilə mübarizə iddiası barədə açıqlama verdi.
Seyid Həsən Nəsrullah - Livan Hizbullah Hərəkatının baş katibi, Livanın Suriya sərhədindəki Arsal qəsəbəsində "Nusra Cəbhəsi" tərəfindən girov götürülən əsgərlərin vəziyyəti ilə bağlı olaraq da hökumətdən dəstək istəyərək əllərindən gələni etməyə çalışdıqlarını vurğulayaraq dedi: "Oğurlanmış hərbiçilər məsələsindən Livanın əleyhinə siyasi və təbliği oyunlar cərəyandadır. Amma biz, oğurlanmış hərbiçilərin ailələrinin yanındayıq, onların hüqurlarını müdafiə edirik. Bu milli, əxlaqi və insani bir məsələdir ki, bütün livanlılara aiddir, təkcə bir hizbə deyil!".
Seyid Həsən Nəsrullah, çıxışında bildirdi ki,"Hər kəs bizim, bölgə xalqlarını təhdid edən, öldürən, insan kəsən İŞİD və onların bənzəri olan təkfirçi təşkilatlara qarşı olduğumuzu bilir.Ancaq biz, ilk olaraq istər Suriyadakı rejimə istərsə də təkfirçi təşkilatlara xarici müdaxiləyə qarşıyıq"-deyərək Livanın ABŞ liderliyində qurulan koalisiyada iştirak etməsini istəmədiklərini bildirdi."
Seyid Həsən Nəsrullah həmçinin bildirib ki,"Bu dünyadakı terrorizmin təməl qaynağı və anası ABŞ-dır. ABŞ, sionist terror dövlətinin də ən böyük dəstəkçisidir. Bu səbəbdən ABŞ-ın terrora qarşı bir koalisiyanın lideri olaraq iştirak etməsi qeyri əxlaqidir. Biz də belə bir koalisiyada iştirak etmək istəmirik."
Livandakı suriyalı məcburi köçkünlərlə də bağlı danışan Seyid Həsən Nəsrullah bildirib ki, "Terrorçuların işlədiyi cinayətlər, günahsız Suriyalı köçkünlərə rəva edilə bilməz."
Mühacirlər üçün əllərindən gələn hər cür səyi sərf etdiklərini dilə gətirən Seyid Həsən Nəsrullah qeyd edib ki, "Məcburi köçkünləri biz daima qoruyub onları təhlükədən uzaq tutmaq üçün böyük səy göstəririk."
Seyid Həsən Nəsrullah, müqavimət hərəkatlərının müqavimətini və İsraillə razılaşdırılan atəşkəsi "İsrailin açıq və gizli bütün planlarını boşa çıxaran bir zəfər" şəklində xarakterizə edərək, Fələstin xalqını təbrik edib.
Yəməndə Yəmən husilərinin və “Ənsarullah” hərəkatının inqilabı nəticəsində hökumətlə əldə edilən razılaşmanın təmin edilməsinə də toxunan Seyid Həsən Nəsrullah bildirib ki, "Yəməndə problemlərin həllinə qarşı böyük bir nəaliyyətlər əldə edən razılaşmadan ötəri Yəmən xalqına təbriklərimizi bildiririk. Biz, bir xalq siyasi bir həllə atəşkəsə qovuşduğu zaman sevinirik".