IQNA

Türkiyə məktəblərində Hicab qadağası ləğv edildi

8:18 - September 25, 2014
Xəbər sayı: 1453831
Beynəlxalq qrup: Türkiyə dövləti tarixi bir imza ataraq bu ölkənin məktəblərindəki hicab qadağası qanununu ləğv etdi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "anadolu" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə bu həfətnin birinci günü məktəblərin ilk dərs günü üçün açılışı mərasimində Türkiyə Baş Nazirinin müavini elan edib ki, məktəblərdə olan hicab qadağası qanununu ləğv edildi.



Bülən Arınc - Türkiyə Baş Nazirinin müavini, jurnalistlərə dedi: "Türkiyə məktəblərində xanımların dini örtük (hicab) ilə məktəbə girişini qadağan edən qanun ləğv edildi".



Bununla da neçə on illikdən bəri qadağadan sonra Türkiyə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən bütün məktəblərdə xanımlar dini baş örtüsü və hicab ilə dərslərdə iştirak edə bilərlər.



Türkiyədə 1980-cı ildə hərbi çevirilişdən bəri məktəblərdə, universitetlərdə və dövlət idarələrində dini örtük taxmaq və hicabla məktəb və iş yerlərində hazır olmaq qadağan olunmuşdu.



Türkiyənin sekularları həmişə hicabın qadağası qanununun ləğv edilməsi ilə müxalifət edirdilər. Amma Rəcib Təyyib Ərdoğanın – Türkiyənin sabiq baş naziri və indiki cümhur başkanı, başçılıq etdiyi Ədalət və Rifah partiyasının güclənməsi ilə bu qadağa öz təsirini yavaş-yavaş itirməyə başladı.



İlk dəfə 2008-ci ildə universitetlərdə dini geyimlə bağlı bəzi məhdudiyyətlər ləğv edildi. Ondan sonra 2012-ci ildə İslami məktəblərdə hicab və dini geyim azad elan edildi.



Keçən ilin payızında isə on dörd ildən sonra ilk dəfə olaraq hicablı bir xanım Türkiyənin Milli Məclisinə yol tapdı və bununla da dövlət idarələrində dini geyim qadağasına son qoyuldu.



1453145        

Teqlər: türkiyə ، hicab ، rəcəb ، Ərdoğan ، parlament
captcha