IQNA

İŞİD barədə açıq məktub;

İslam dünyasının 120-dən çox alimi İŞİD-in əməllərini İslam təlimlərinə zidd hesab etdilər

0:56 - September 27, 2014
Xəbər sayı: 1454104
Beynəlxalq qrup: Dünyanın müxtəlif yerlərində yaşayan İslam dünyasının 120-dən çox alimi açıq bir məktub yazaraq İŞİD terrorist qruplaşmasının bütün əməllərinin İslam maarifi və təlimlərinin ziddinə olduğunu elan etdilər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İslam Online" xəbər agentliyinin internet səhifəsinə istinadən verdiyi xəbərə görə Dünyanın müxtəlif yerlərində yaşayan İslam dünyasının 120-dən çox alimi açıq bir məktub yazaraq İŞİD terrorist qruplaşmasının bütün əməllərinin İslam maarifi və təlimlərinin ziddinə olduğunu elan etdilər.



Şeyx Şövqi (Misirin Baş Müftisi), Şeyx Məhəmməd Əhməd Hüseyn (Fələstinin Baş Müftisi) və digər ölkələrin böyük və nüfuzlu alimlərinin imzaladığı bu açıq məktub onsəkkiz səhifədə və Ərəb dilində yayımlanmışdır. Məktubun xülasəsi İngilis dilinə təcümə və nəşr edilmişdir.  



Bu alimlərin İŞİD terror təşkilatının lideri Əbu Bəkir əl-Bağdadiyə xitab olaraq ünvanladıqları bəyanatda, "İslam ümmətinin təmsil edən şuranın razılığı olmadan xilafət elan etmək caiz deyil" sözləri qeyd edilib.



Məlumata imza atanlardan İordaniyalı xütbə edən Əli əl-Hələbi, açıqlamasında, məlumatın, müsəlmanlar arasında olmasının lazım olan ən fundamental haqqları əhatə etdiyini, öyüd məqsədiylə və Allahın İŞİD liderlərini və ya onlardan birini hidayətə çatdırması ümidiylə yazıldığını bildirib.



Səudiyyə Ərəbistanı, İordaniya, Fələstin, Misir, Tunis, İraq, Sudan, Yəmən, Türkiyə, İngiltərə, Fransa, ABŞ, İsveç, Bosniya və Hersoqovina, İtaliya, Belçika, Bolqarıstan, Argentina, Kanada, Hindistan, Çin, Malaziya, İndoneziya və Nigeriyadan olan 126 İslam aliminin imzası ilə yayılan məlumatda, aşağıdakılar qeyd edilib:



"İslamda günahsız insanı öldürmək, səfirləri və ya jurnalistləri öldürmək, küfr etməyənləri kafir saymaq, xristianlarla və ya əhli-kitabla pis davranmaq və ittifaqla qaldırılan köləliyi tətbiq etmək, insanları müsəlman olmağa məcbur etmək, qadınların və uşaqların haqqlarını əllərindən almaq, İslamda ölülərin cəsədlərinə zərər vermək (hər hansı bir üzvünü kəsmək və sairə), işgəncə vermək, pis işləri Allaha istinad etmək, peyğəmbərlərin və səhabələrin məzarlarını dağıtmaq, caiz olmadığı kimi İslam ümmətinin təmsil edən şuranın razılığı olmadan xilafət elan etmək də caiz deyil.''



Məktubda vurğulanan digər bir məqam budur ki, İŞİD nə dövlət deyildir və nə də İslama bir aidiyyatı yoxdur. Buna görə də "İslam dövləti" adını bu terrorist qruplaşmanın barəsində işlətmək olmaz. 1454006

captcha