IQNA

Misirdə "Quran Ayələrinin Dastanları" animasiyası istehsal olunacaq

5:55 - October 01, 2014
Xəbər sayı: 1455985
Beynəlxalq qrup: Misirdə gələn ilin mübarək Ramazan ayında yayımlanması nəzərdə tutulan "Quran Ayələrinin Dastanları" animasiyası istehsal olunacaq.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Misir çapı olan "əl-yəvm əs-sabe" (7-ci gün) qəzetinin internet səhifəsinə istinadən verdiyi xəbərə görə Misirdə gələn ilin mübarək Ramazan ayında yayımlanması nəzərdə tutulan "Quran Ayələrinin Dastanları" animasiyası istehsal olunacaq. Bu animasiya Misirdə istehsal olan "Quranda Peyğəmbərlərin Dastanları" animasiya seriyalının davamında çəkilən beşinci animasiyadır ki, bu dəfə Həzrət Məhəmməd (s) peyğəmbərin barəsində nazil olan ayələrdəki dastanlar anismasiya filmi şəkilində çəkiləcək və müsəlman aləminə təqdim olunacaq.



Yəhya Fəxrani – Misirli incəsənətçi, bu animasiya filmində fərqli bir rol ifa edərək bəzi Quran ayələrinin dastanlarını və nüzul şənini bəyan edəcəkdir.



Sadiq Əs-Səbah – animasiyonun prodüseri, bu barədə dedi: Hər il çalışıram ki, bu cür dini və mənəvi işlər ərsəyə gətirəm və xüsusilə də mübarək Ramazan ayı üçün yayılması nəzərdə tutulan işlər hazırlayıram.



 1454982

Teqlər: quran ، dastan ، animasiya ، misir ، ramazan
captcha