İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Qərbi Asiya Şöbəsinin verdiyi xəbərə görə Yerəvan azərbaycanlılarının ibadət məkanı olmuş və qədim tarixə malik məşhur "Göy Məscid" bu ilin oktyabr ayının 5-də, həftənin bazar günü müsəlmanlar tərəfindən qılınacaq Qurban bayramı namazına evsahibliyi edəcək. Həmçinin Qurban bayramından bir gün öncə, həftənin şənbə günü, oktyabr ayının 4-də bu möhtəşəm məsciddə bərkətli "Ərəfə duası" da oxunacaq.
İran İslam Respublikasının Ermənistandakı Mədəniyyət İşləri İdarəsinin yaydığı məlumata görə mübarək Qurban bayramı günü böyüklər üçün "Həşr", kiçik uşaqlar üçün isə "Tin" və "Təkasür" surələrinin hifzi üzrə yarışlar keçiriləcək.
Bundan əlavə Ayətullah Möhsin Qiraətinin "Nur təfsiri" kitabından "Həşr" surəsinin mesajları və mənaları üzrə də yazılı yarışlar keçiriləcək.