IQNA

Zəhra Nəqizadə xəbər verdi:

1 yanvar 2015; Müsəlman Tələbələrin Beynəlxalq Quran Yarışlarının 5-ci turu

6:13 - October 07, 2014
Xəbər sayı: 1457602
Quran üzrə fəaliyyətlər qrupu: Müsəlman Tələbələrin Beynəlxalq Quran Yarışlarının 5-ci turunun keçirilmə təşkilatının baş katibi bu xəbəri elan edərək dedi: Müsəlman Tələbələrin Beynəlxalq Quran Yarışlarının 5-ci turu 2015-ci ilin yanvar ayının 1-dən 4-dək Tehranın “Milad” qülləsinin toplantılar salonunda keçiriləcək.


Xanım Zəhra Nəqizadə - Müsəlman Tələbələrin Beynəlxalq Quran Yarışlarının 5-ci turunun keçirilmə təşkilatının baş katibi, İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) ilə müsahibəsində bu turda dünyanın 50 ölkəsindən tələbələrin iştirak edəcəyinə işarə edərək dedi: “Müsəlman Tələbələrin Beynəlxalq Quran Yarışlarının 5-ci turu 2015-ci ilin yanvar ayının 1-dən 4-dək Tehranın “Milad” qülləsinin beynəlxalq toplantılar salonunda keçiriləcək”.



Xanım Zəhra Nəqizadə İran Universitetləri üzrə Quran fəaliyyətləri təşkilatının müavini əlavə etdi: Müsəlman Tələbələrin Beynəlxalq Quran Yarışlarının 5-ci turu 2015-ci ilin yanvar ayının 1-dən 4-dək keçiriləcək. Yarışların açılış mərasimi yanvar ayının birinci günü olacaqdır. Yanvar ayının dördüncü günü isə yarışların final mərhələsi və yekun mərasimi keçiriləcəkdir.  



O əlavə etdi: Müsəlman Tələbələrin Beynəlxalq Quran Yarışlarının 5-ci turunda Quranın hifzi və qiraəti üzrə yarışlardan əlavə, tədqiqat bölmsində tələbələrin elmi işləri və məqalələr üzrə də rəqabətlər olacaqdır.



Xanım Təqizadə qeyd etdi: Bu turda dünyanın 50 ölkəsindən müsəlman tələbələr iştirak edəcəklər. Yarışa qatılmağa seçilənlər əvvəlcədən video yazılışlarının göndərilməsi və və telefon vasitəsilə əlaqə saxlanılaraq dəyərləndiriliblər.



Bu turda İran İslam Respublikasından iki nəfər Quran qiraəti və hifzi üzrə iştirak edəcəklər. Yarışda iştirak edənlər adları cari ilin dekabr ayında açıqlanacaqdır.



Daha çox məlumat əldə etmək üçün “www.muslimstudents.ir” saytına müraciət edə bilərsiniz.


Teqlər: iqna ، iran ، quran ، Tələbə ، hifaz ، qiraət
captcha