IQNA

Azərbaycan “Qadının İslami ölkələrinin inkişafında rolu” toplantısına evsahibliyi edəcək

17:43 - October 07, 2014
Xəbər sayı: 1458030
Beynəlxalq qrup: Azərbaycan respublikası cari ilin Oktaybar ayının 20-də keçiriləcək “Qadının “İslami Həmkarlıq Təşkilatı”na üzv ölkələrin inkişafında rolu” adı altında beşinci beynəlxalq toplantıya evsahibliyi edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Məcəllətu Mübaşir” internet informasiya saytına istinadən verdiyi xəbərə görə Azərbaycan respublikası cari ilin Oktaybar ayının 20-də keçiriləcək “Qadının “İslami Həmkarlıq Təşkilatı”na üzv ölkələrin inkişafında rolu” adı altında beşinci beynəlxalq toplantıya evsahibliyi edəcək. Bu toplantı “İslami Həmkarlıq Təşkilatı”na üzv olan ölkələrin iştirakı və İHT-nın təşəbbüsü ilə iki gün müddətində keçiriləcəkdir.  


Şahin Abdullayev - Azərbaycanın Misirin paytaxtı Qahirədəki səfiri, Misirin Qadınlar Milli Şurasının rəisi Mürfət Təlavi ilə görüşündə onu bu toplantıya rəsmi şəkildə dəvət etdi.



Misirin Qadınlar Milli Şurasının rəisi Mürfət Təlavi bu görüşdə Misirin yeni əsas qanununda qadın hüquqlarına ayrılmış imtiyazlar barədə Şahin Abdullayevə açıqlamalar verdi.



“İslami Həmkarlıq Təşkilatı”na üzv olan ölkələrin iştirakı ilə keçirilmiş ilk “Qadının “İslami Həmkarlıq Təşkilatı”na üzv ölkələrin inkişafında rolu” beynəlxalq toplantısı 2006-cı ildə Türkiyənin İstambul şəhərində keçirilmişdir. Bu toplantı ikinci dəfə 2008-də ildə Qahirədə keçirilmişdir.  



1457336

captcha