IQNA

SƏHƏR TV İŞİD-in cinayətlərindən sənədli film çəkib

6:52 - October 19, 2014
Xəbər sayı: 1461426
Beynəlxalq qrup: SƏHƏR TV-nin İngilis dili bölməsi İŞİD-in cinayətlərini açıqlayan sənədli televiziya filmi çəkib. “İŞİD” sənədli televiziya filmi bu terrorist qruplaşmanın cinayət və vəhşiliklərini ekrana gətirəcək.

 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) SƏHƏR TV-nin beynəlxalq əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə SƏHƏR TV-nin İngilis dili bölməsi “İŞİD” sənədli televiziya filmində bu terrorist qruplaşmanın cinayət və vəhşiliklərini ekrana gətirəcək. Bu sənədli film İngiliscə alt yazı ilə 7 hissədən ibarətdir. Filmin hər hissəsi 20 dəqiqə civarında olacaqdır. Film hər həftə SƏHƏR TV-nin İngilscə yayımından efirə gedəcəkdir.

PRESS TV-də istehsal olunan bu sənədli filmdə İŞİD-in Suriya və İraq dövlətlərinin ərazilərinə hücumları, müsəlmanlar və qeyri-müsəlmanların əleyhinə törətdikləri vəhşi cinayətlər Qərb və Ərəb dövlətlərinin bu cinayətkarları və onların qeyri-insani əməllərini himayə etməsi, döyüşlər gedən ərazilərdə qadın və uşaqların acınaqcaqlı vəziyyəti və hərbi qüvvələrin və könüllülərin İŞİD əleyhinə mübarizələri özünə yer almış və müzakirə olunmuşdur.

İŞİD sənədli filmi hər həftənin 4-cü günləri (cümə axşamları) saat 15:15-də Tehranın yerli vaxtı ilə SƏHƏR TV-nin İngiliscə bölməsindən yayımlanacaqdır.  

1461208  

   

Teqlər: səhər ، TV ، press ، İŞİd ، abş ، qərb ، Ərəb ، sənədli film
captcha