IQNA

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iştirakı ilə;

İmamzadə İbrahim bin İmam Baqir (ə) ziyarətgahının açılışı oldu

10:40 - October 21, 2014
Xəbər sayı: 1462401
Xarici şöbə: Gəncə şəhərində imamzadə İbrahim bin İmam Məhəmmədbaqirin (ə) qəbrinin üzərində tikilimiş yeni məqbərənin açılış mərasimi oldu. Mərasimdə ölkənin prezidenti İlham Əliyev cənabları da iştirak etdilər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Asiyanın Qərbi üzrə jurnalistinin verdiyi xəbərə görə Azərbaycanın qədim və tarixi şəhərlərindən olan Gəncə şəhərində imamzadə İbrahim bin İmam Məhəmmədbaqirin (ə) qəbrinin üzərində tikilimiş yeni məqbərənin açılış mərasimi oldu.



Mərasimdə ölkənin birinci xanımı Mehriban Əliyeva və ölkənin prezidenti İlham Əliyev cənabları da iştirak etdilər.



Bu məqbərə miladın 14-cü əsrinə aiddir. Son zamanlarda məqbərənin köhnəldiyi üçün yenidən təmir olunaraq və sahəsi genişləndirilərək istifadəyə verildi. İmamzadənin yenidən təmir olunması 2010-cu ildən başlanmış və 9 milyon avro dəyərində büdcə xərclənmişdir. Yeni məqbərə, bina və ətraf sahə 10 min kv.metrdir. İmamzadədə böyük məscid, 45 metrlik iki minarə, mədrəsə və 500 maşına yer verə biləcək maşın parkı tikilib.



“İmamzadə Türbət” adı ilə məşhur olan bu İmamzadə çox qədim zamanlardan həmişə Azərbaycanlıların ziyarət məqsədi olmuşdur.



1461916







Teqlər: Gəncə ، imamzadə ، İbrahim ، Türbət ، İlham
captcha