IQNA

Sionist rejiminin başçısı İsrail cəmiyyətinin xəstə olduğuna etiraf etdi

21:26 - October 21, 2014
Xəbər sayı: 1462709
Beynəlxalq qrup: "İsrail cəmiyyəti xəstədir və müalicəyə ehtiyacı olduğunu etiraf etməyin vaxtıdır” – işğalçı sionist rejiminin başçısı Reuven Rivlin öz çıxışında bu məsələyə etiraf edərkən belə deyib.

 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “World Bulletin” xəbər saytına istinadən verdiyi xəbərə görə işğalçı sionist rejiminin başçısı Reuven Rivlin həftənin bazaar günü, oktyabar ayının 19-da işğal olunmuş torpaqlarda keçirilən "Əcnəbi düşmənçiliyi və digərlərinə dözüm" adlı toplanıtda öz çıxışında dedi: “Mən demirəm ki, israillilər necə bir yəhudi olmalarının gərəkdiyini unudublar, bəlkə soruşuram ki, siz unutmusunuz ki, necə insane olmalısınız?”

O əlavə etdi: "İsrail cəmiyyətinin xəstə və müalicəyə ehtiyacı olduğunu sadiqanə etiraf etməyin vaxtı çatmışdır”.

Rivlin vurğulayıb: "İsraildəki ərəblər və yəhudilər arasında gərginlik pik həddə çatıb. Fərqli fikirlər arasındakı münasibətlər isə ən aşağı səviyyədədir. Zorakılıq xəstəliyi sadəcə cəmiyyətin müəyyən bir hissəsi ilə məhdud deyil, bütün sahələrdə özünü göstərir".

Qeyd edək ki, dondorma rejimin hakimiyyəti təsiri altında yaşayan israillilər ictimai, mədəni, iqtisadi və psixi baxımdan çox çətin anlar yaşayırlar. Buna misal olaraq bu ilin yay aylarında üç nəfər yəhudi cavanın öldürülməsi xəbəri yayıldıqdan sonar radikal yəhudilərdən bir dəstəsi bir fələstinli cavanı diri-diri yandırdılar.
Teqlər: israil ، sionist ، relivin ، psixi
captcha