İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ət-təqrir" xəbər agentliyinin internet səhifəsinə istinadən verdiyi xəbərə görə Noyabr ayının üçündə, Aşura günü Ərəbistanın şərqində şiələr yaşayan Əl-Ehsa əyalətinin "Əd-dilavə Hüseyniyyə"sində, Əlqarə və Əlqərin kəndlərində əzadarlıq edən şiələrə silahlı basqınlar edilmiş və nəticədə 7 yeniyetmə şəhid olmuş və 30 nəfər yaralanmışdır.
Mənbələr bildirib ki, anonim şəxslərin Dilavə qəsəbəsində Aşura günü Hüseyniyyənin önündə havaya atəş açmış, dərhal sonra isə əzadarlıq saxlamaq üçün Hüseyniyyə toplaşmış şiələrə hücum ediblər. Hücum zamanı əzadarlardan yeddi nəfər yeniyetmə şəhid edilmişdir.
Ərəbistanın Alimlər Heyəti bu cinayəti vəhşilik adlandırmış və cinayətkarların tutularaq ən ağır cəzalara məhkum olunmalarını tələb etmişlər.
Şeyx Fəhəd bin Səəd Əl-Macid - Ərəbistanın Alimlər Heyətinin baş katibi, bu barədə deyib: Bu cinayət hadisəsi çirkin və vəhşicəsinə törədilmiş bir təcavüzdir və bu cinayətin amilləri tutularaq ən ağır cəzalarla məhkum olunmalıdırlar. Çünki onlar bu hücumları ilə müsəlman əzadarlarda və pak canlarda qoxru yaratmış və ölkədə zülm və təhlükəsizlik icad etmişlər.
1470182