IQNA

İsrailin Baş Xaxamı:

Əqsa Məscidinin hörmətini sındıran yəhudilər günahkardırlar

16:05 - November 14, 2014
Xəbər sayı: 1472984
Beynəlxalq qrup: İshaq Yusif – İsrailin Baş Xaxamı, Netanyahu və sionistlərin siyasətlərini tənqid edərək Əqsa Məscidinə yürüş edən yəhudilərə xitab edərək dedi: "Əqsa Məscidnin ehtiramını sındıran yəhudilər böyük günah işlədirlər".


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "islametinfo" xəbər agentliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə İshaq Yusif – Sionist İsrail rejiminin Baş Xaxamı, işğalçı qəsəbə sakinləri olan yəhudiləri, Netanyahu və sionistlərin siyasətlərini sərt bir çıxışında tənqid atəşinə tutaraq Müqəddəs Qüdsdə Əqsa Məscidinə yürüş edən yəhudilərə xitab edərək dedi:

"Bu israillilər sağçı radikal siyasətçilərin və dördüncü dərəcəli xaxamların əl aləti olmuş və İslamda üçüncü müqəddəs məkan sayılan "Məscidul-Əqsa"ya hücum etmiş və hörmətini sındırmışlar. Əqsa Məscidnin ehtiramını sındıran yəhudilər böyük günah işlədirlər və Allah-Taala onları çox çətin əzaba düçar edəcəkdir".

İshaq Yusif – Sionist İsrail rejiminin Baş Xaxamı, dedi: "Yəhudi radikalları ərəblərini nifrətini qazanır və onları kobud addımlar atmağa vadar edirlər. Bu cür işlər bais olur ki, çoxlarının qanı gərəksiz yerə axıdılsın və bu müqəddəs şəhərdə qanlı qarşıdurmalar yaranmağa səbəb olsun".

İordaniyanın rəsmi xəbər agentliyi "petra"nın verdiyi xəbərə görə İsrail KİV-ləri vurğulayıblar ki, İshaq Yusif – Sionist İsrail rejiminin Baş Xaxamı, Məscidul-Əqsaya hücuma icazə verən yəhudi xaxamlarını da şiddətli şəkildə qınayıbdır.



 1472566

Teqlər: israil ، yəhudi ، xaxam ، İshaq ، Əqsa ، Beytul ، müqəddəs
captcha