İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "crossmap" xəbər saytına istinadən verdiyi xəbərə görə Noyabr ayının 11-dən 13-dək Vatikanda müsəlmanlar və məsihilərin iştirakı ilə keçirilən "Katolik – Müsəlman, dinlərarası iclas"da müştərək bəyaniyyə yayılaraq, zorakılıq və terrorizim kəskin şəkildə məhkum edildi və İraq və Suriyada terrorist İŞİD ünsürləri tərəfindən həyata keçirilən bu cür əməllərin din adına bağlanması və həmçinin sünni olmayan insanların din adına qətliamı pislənildi.
Bəyaniyyədə din adına zorakılığın məhkum edilməsi, cavabların təlimatlandırılması, dinlərarası dialoqun genişləndirilməsi və ictimaiyyətə xidmət göstərmək məqsədilə dinlərin daha çox həmkarlığı üçün fürsətlərin yardılması vurğulanmışdır.
İclas iştirakçıları terrorizim, zorakılıq, xalqları əzmək, günahsız insanlara qarşı güc tətbiq etmək, müqəddəs məkanlara hörmətsizlik etmək və ölkələr mədəniyyət irslərini məhv etmək kimi əməlləri kəskin şəkildə məhkum etdilər.
"Katolik – Müsəlman, dinlərarası iclas"ı ilk dəfə 2008-ci ildə keçirilmişdir. Bu iclas hər üç ildə bir dəfə toplantı çağırır. Bundan öncəki ilclas 2011-ci ildə İordaniyada keçirilmişdir.