IQNA

Quran dastanları ən yaxşı xəzinədir

23:59 - November 18, 2014
Xəbər sayı: 1474786
Beynəlxalq qrup: İngiltərənin Birmenqam şəhərinin "Grenn Lane məscidi"ndə "Quran dastanları ən yaxşı xəzinə" adlı silsilə toplantılar keçirilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "GreenLane Masjid" informasiya bürosuna istinadən verdiyi xəbərə görə İngiltərənin Birmenqam şəhərinin "Grenn Lane məscidi"ndə "Quran dastanları ən yaxşı xəzinə" adlı silsilə toplantılar keçirilir ki, bu toplantılar dörd həftə davam edəcəkdir. Bu dörd həftə ərzində Quran-Kərimin dörd dastanı təfsir ediləcək və bu dastandakı hikmətlər, ibrətlər və gizli xəzinələr aşkar olunacaqdır.

Keçən həftədən keçirilən bu toplantılarda "Əshabul-cənnət", "Cadugərlərin mühakiməsi; Harut və Marut", "Sabit qədəm olmaq; oğul və padşah" və "Əshabul-fil" (fil sahibləri) təfsir olunacaqdır.
İngiltərənin Birmenqam şəhərində yerləşən "Green Lane Masjid" kompleksi Britaniyanın mühüm məscidlərindən biri sayılır ki, 1970-ci ildə təsis edilmişdir. Bu məsciddə Quran təlimi dərsləri, İslam elmləri və dini məsələlər vətəndaşlara öyrədilir. Həmçinin məsciddə bir telefon xətti qeyri-müsəlmanlar üçün nəzərdə tutulmuşdur ki, onların İslam barədə sorğularına cavab verilir.


1474543

Teqlər: quran ، təfsir ، ibrət ، hikmət ، dastan
captcha