IQNA

Türkiyə universitetləri məscid ilə təchiz olunacaq

23:39 - November 22, 2014
Xəbər sayı: 1476085
Beynəlxalq qrup: Türkiyənin Diyanət İşləri Təşkilatının rəisi, cümə günü, 21 noyabr, elan etdi ki, çox yaxın zamanlarda Türkiyənin bütün dövlət universitet və institutlarında məscidlər və namazxanalar tikiləcəkdir.

İQNA-nın (Beynəlxaql Quran Xəbər Agentliyi) "Le Figaro" qəzetinə istinadən verdiyi xəbərə görə, Məhəmməd Görməz - Türkiyənin Diyanət İşləri Təşkilatının rəisi, cümə günü, 21 noyabr, elan edib ki, çox yaxın zamanlarda Türkiyənin bütün dövlət universitet və institutlarında məscidlər və namazxanalar tikiləcəkdir. Hal-hazırda isə ölkənin 80-dan çox universitetində namaz qılanlar üçün məscid tikmə işləri gedir. 2015-ci ildə isə bu məscidlərin sayına 50 məscid də artırılacaqdır.
Məhəmməd Görməz Türkiyənin "Andaolu" xəbər agentliyi ilə müsahibəsində deyib: Bizim ölkəmizdə 20 milyon cavan vardır ki, onların hər biri ilə yaxın ünsüyyət qurmaq isətyimiz var. Məscid imamları dövlətdən hüquq alırlar və vəzifələridir ki, cavanlara kömək etsinlər. Bu məscidlər cavanların İlahi eşqə yaxınlaşması üçün ən gözəl məkan olacaqdır.
Türkiyənin Diyanət İşləri Təşkilatının rəisi dedi: Biz universitetlərdə məscid olmasını çox əhəmiyyətli hesab edirik. Universitetlərdə məscidlərin tikilməsi cavanları mənəvi həyata qaytarmaq və insanların qəlbinə, şəhərlərə mənəviyyat bağışlamaq üçün yeganə yoldur.
1475648

captcha