IQNA

Türkiyədə “Qədir Xum və İslami qardaşlıq” adlı konfrans keçiriləcək

23:21 - November 22, 2010
Xəbər sayı: 2036174
Beynəlxalq şöbə: Qədir Xum bayramı münasibəti ilə noyabrın 23-də Türkiyənin Hatay şəhərində “Qədir Xum və İslami qardaşlıq” adlı konfrans keçiriləcək.
İQNA Quran agentliyi İstanbulun “Zeynəbiyyə” məscidinin saytına istinadən məlumat verir ki, konfrans Türkiyənin Əhli-Beyt (ə) mədəniyyət inkişafı birliyinin (EHDAV) təşəbbüsü ilə və müxtəlif islami məzhəb rəhbərlərinin və dinlərin nümayəndələrinin iştirakı ilə keçiriləcək.
Zeynəbiyyə şiə qruplarının rəhbəri Səlahəttin Özgündüz konfransda Qədir Xum və Həzrət Əli (ə)-ın islami xalqlar arasında vəhdətin yaranmasında rolu mövzusunda çıxış edəcək.
Konfrans yerli vaxtla noyabrın 23-də saat 18:30-da Hatay şəhərində başlayacaq. 699453

captcha