IQNA

19:48 - December 03, 2010
Xəbər sayı: 2041327
Təfəkkür şöbəsi: İranın Azad İslami Universitetinin Qəzvin şəhər filialında dekabrın 4-də Quran araşdırmaçısı və universitet müəllimi Seyid İsa Müstərəhmənin iştirakı ilə “Quran; həmişə yaşar möcüzə” adlı konfran keçiriləcək.
İQNA Quran agentliyinin məlumatına əsasən, konfrans İran tələbələrinin Quran araşdırmaları milli festivalının təşəbbüsü ilə dekabrın 4-də yerli vaxtla saat 9-dan 12-dək davam edəcək. Konfrans İQNA Quran agentliyi və Azad İslami universitetin Quran və İtrət mərkəzinin dəstəyi ilə təşkil olunur.
Konfransda “Qurani Kərimdə astronomiya (nücum)” və “Qurani Kərimdə tibb” məsələləri kimi mövzular müzakirə olunacaq.
Quran araşdırmaları milli festivalı noyabr və dekabr ayları ərzində İranda təşkil olunub. Festival çərçivəsində şübhələri cavablandırmaq məqsədi ilə müxtəlif dəyirmi masalar təşkil olunur. Bu işi İQNA Quran agentliyinin təfəkkür bölməsi həyata keçirir. Oktyabr ayının sonlarından dekabrın sonuna kimi 10 belə dəyirmi masaların təşkil olunması nəzərdə tutulub.
Dəyirmi masada müzakirəyə çıxarılan mövzular Ayətullah Cəfər Sübhanin təlif etdiyi “İmamiyyə əqaidi” kitabdan seçilir. Ümumilikdə dəyirmi masalarda islamın tanınması yolları, cəbr və ixtiyar, əxlaq, tövhid, “Quran; həmişə yaşar möcüzə” Məad, ictihad və fiqh kimi məsələlər müzakirə olunur.
Dəyirmi masada qeyd olunan mövzular haqda öz şübhələrini və sullarını irəli sürür və tanınmış müəllimlər sualları cavablandırır. 704661
Ad:
E-poçt:
* Comment:
* captcha: