İQNA Quran agentliyi “Arab News” qəzetinə isitanəd məlumat verir ki, İhsanoğlu sionistlərin bu hərəkətini pisləyərək bildirib ki, “sionist rejimi “Şeyx Cirah” regionunda yerləşən bu evi sökməklə həqiqətdə Qüdsi işğal etmək istəyir. Bu evin sökülməsi və orada yeni binaların tikilməsi beynəlxalq qanunlara ziddir.”,
O əlavə edib ki, Cenevrə Konvensiyasına əsasən işğalçı qüvvələrə işğal etdikləri ərazinidə müqəddəs məkanları dağıtmağa və şəxsi mülkləri qəsb etməyə icazə vermir.
O deyib ki, İKT sionist rejimini dayandırmaq üçün əlindən gələni əsirgəməyəcək və bütün ölkə və beynəlxalq qurumları bu rejimi dayandırmaq üçün işlər görməyə çağırır. 727729