İQNA Quran agentliyi “Nəsic” saytına istinadən məlumat verir ki, Əl-Əzhər universitetinin islami araşdırmalar asambeleyasının üzvi Əbdül-Möti Biyumi bildirib ki, Quranda و اطيعوا الله و اطيعوا الرسول و اولی الامر منكم» ayəsi mütləq formada deyilməyib və Allahın əmrləri və islami təlimlərin itaət və icrasına yönəlib. Bu səbəbdən xalqın vəzifəsidir ki, əgər hakimlərdən hər hansı biri öz vədlərinə əməl etmirsə və şəri hökümlərlə aşkara müxalifdirsə onun qarşısında dayanıb qıyam etsinlər.
Əl-Əzhərin digər elmi işçisi Məhəmməd Rafət Osman bu haqda deyib ki, Tunis hökumətinin devrilməsi şəri baxımdan cayizdir.
Tunisin sabiq prezidenti Zeynəlabidin bin Əli 23 il diktatorluq edərək hökumət başçısı olub və İslam və İslami dəyərlərlə mübarizə aparıb və sonda xalq üsyan edərək onu devirib və o Səudiyyə Ərəbistanına qaçıb. 733011