IQNA

COMSTECH İcraiyyə Komitəsinin növbəti iclası Bakıda keçiriləcək

23:40 - January 19, 2011
Xəbər sayı: 2067709
Beynəlxalq şöbə: İslam Konfransı Təşkilatı Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin növbəti - 29-cu iclası apreldə Bakıda keçiriləcək. Bu barədə çərşənbə axşamı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
İQNA Quran agentliyinin “Trend” agentliyinə istinadən məlumatına əsasən, Nazirlikdən verilən məlumata görə, Azərbaycan paytaxtında COMSTECH İcraiyyə Komitəsinin 29-cu iclasının keçirilməsi barədə qərar yanvarın 10-13-də İslamabadda keçirilmiş Baş Assambleyanın 14-cü iclası və COMSTECH-in 28-ci iclası zamanı qəbul olunub.
İclasda Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbir çərçivəsində nazir pakistanlı, suriyalı, misirli, iranlı, malayziyalı həmkarları ilə görüşlər keçirib. 733460
captcha