IQNA

21:19 - June 22, 2011
Xəbər sayı: 2142894
Beynəlxalq şöbə: Mərakeş müsəlmanı və Fransanın Avinyun universitetinin riyaziyyat doktoru Məhəmməd Musəvi yenidən Fransa müsəlmanları Şurasının rəhbəri kimi seçildi.
İran Quran Xəbər agentliyinin məlumatına əsasən, Fransa nəşri olan Lufiqaru qəzetinin Fransa müsəlmanları şurasının idarə heyətinin üzvü Məhəmməd Musəvi xordadın 29-u yenidən bu şuranın rəisi seçildi.
47 yaşlı Məhəmməd Musəvi Fransanın ictimai palatalar vəzifəsini də öhdəsinə götürmüşdür və həm də Fransanın hüquqi-bəşəri milli komitəsinin üzvü kimi fəaliyyət göstərir. O, 2008-ci ildə Fransanın müsəlman şurasının rəisi vəzifəsinə yiyələnmiş və bu müddət ərzində Fransa müsəlmanlarının ictimai və rəsmi əlaqələrinin yaxşılaşdırılmasına çalışmışdır.
Qeyd etməliyik ki, Fransanın müsəlman şurasının məqsədi dövlətin müsəlman şəhərləri ilə əlaqələrinin yaxşılaşdırılmasıdır və 2003-cü ildə Fransa dövlətinin himayəsi ilə əsası qoyulmuşdur. islam dövlətlərindən Fransaya daxil olmuş müsəlman və mühacir qurumları bu şurada üzvdürlər, ancaq bu şuranın üzvlərinin əksəriyyətini mərakeşlilər və əlcəzarilər təşkil edir.
811623
Ad:
E-poçt:
* Comment:
* captcha: