İqna Quran Xəbər Agentliyi (İQNA): Nun xəbər agentliyinin verdiyi məlumata görə, İslam Cəmiyyətləri Şurasının təbliğat komitəsinin rəhbəri Vəssam Səid Səffar deyib: “Artıq şuranın yaradılmasını bəyan etmişik. Bu şura Almaniyada olan bütün islami müəssisələri, mərkəzləri, müxtəlif şəhərlərdəki hüseyniyyələri birləşdirəcək. Ayətullahil-üzma Seyyid Əli Sistaninin nümayəndəsi Seyyid Mürtəza Kəşmiri kimi dini şəxsiyyətlər artıq şura üzvləri ilə görüşüblər.”
O, sözünün sonunda deyib: “Almaniya İslam-İraq Cəmiyyətləri Şurası növünə görə Avropada ilk İslami təşkilatdır. Şura həmçinin ərəb və alman dillərində “Əhli-Beyt elmləri” dərgisini nəşr etmək niyyətindədir.” 846091