Beynəlxalq qrup: Bəhreyn "Əl-Vifaq" Milli İslami cəmiyyətinin yüksək vəzifəli üzvü Əli Cəbəlin sözlərinə görə, Bələdiyyə İşlər Nazirliyi təhlükəsizlik qüvvələri vasitəsilə "Həmd" şəhərində "Əbu Talib" məscidinin bərpa edilən hissəsini yenidən dağıdıb.
İQNA-nın (İRAN QURAN XƏBƏR AGENTLİYİ) Bəhreynin "Əl-Vəsit" qəzetinə istinad'n verdyi məluma əsasən, Bəhreyn "Əl-Vifaq" Milli İslami cəmiyyətinin yüksək vəzifəli üzvü və"Əl-Vifaq" Milli İslami cəmiyyəti fraksiyonunun rəisi Əli Cəbəlin sözlərinə görə, Bələdiyyə İşlər nazirliyi təhlükəsizlik qüvvələri vasitəsilə Həmd şəhərində Əbu Talib məscidinin bərpa edilən hissəsini yenidən dağıdıb.
O, deyib: "Məscid, Bələdiyyə İşlər nazirliyinin nəzarəti altında Şəhər Bələdiyyəsinin hətta Məhəllə Şurasının xəbəri olmadan dağıdılıb".
Əli Cəbəl əlavə edib ki, Ali-Xəlifə rejiminin dini müqəddəsatla düşmənçiliyi yenidən başlayıb. Bu rejim ötən bir il ərzində 38 məscid dağıdıb.
Onun sözlərinə görə, Əbu Talib məscidi rejim tərəfindən dağıdılandan sonra bir qrup vətəndaşlar məscidin bir hissəsini bərpa etmişdilər.
1008335