IQNA

Həzrət Əmir əl-möminin Əlinin (ə) tərifi / Həzrət Əli (ə) Allahın Rəsulunun (ə) ən böyük möcüzəsidir

17:56 - July 30, 2013
Xəbər sayı: 2568912
Təfəkkür qrupu: Hədislərdə buyurulduğu kimi Həzrət Əli (ə) Allah-Taalanın Xatəmül-Ənbiya Həzrət Rəsuləllaha (s) bəxş etdiyi möcüzədir. Elə bir möcüzə ki, keçmiş peyğəmbərlərin bütün möcüzələrindən böyük və heyrətləndiricidir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Ayətullah Üzma Safi Gülpayqani – Şiələrin Ali Dini Mərcəi, Həzrət İmam Əlinin (ə) şəhadət günləri münasibətilə "Əlini (ə) tanımaq olmaz" adı altında yazdığı kiçik bir məqalədə O Həzrətin (ə) haqqına müxtəlif insanlar tərəfindən deyilmiş bəzi təriflərə işarə etmişdir. O, bu məqalədə İmam Sadiqdən (ə) rəvayət olunmuş bir hədisi izah etmişdir.
Bu hədisdə deyilir:
«الصُّورَةُ الإنْسَانِیَّةُ هِیَ أكْبَرُ حُجَجِ اللهِ عَلى خَلْقِهِ وَ هِیَ الكِتابُ الَّذی كَتَبَه بِیَدِهِ وَ هِیَ الهَیْكَلُ الّذی بَناهُ بِحِكْمَتِهِ وَ هِیَ مَجْمُوعُ صُوَرِ العَالَمينَ وَ هِیَ المُخْتَصَرُ مِنَ العُلُومِ فی اللَّوحِ الْمَحْفُوظِ»
"İnsan (insani həqiqət, şəxsiyyət) Allah-Taalanın yaradılış üçün ən böyük "höccət"idir (höccət = dəlil, sübut, arqument, şahid). İnsan bir kitabdır ki, Allah-Taala onu öz (qüdrət) əli ilə yazmışdır. İnsan bir heykəldir ki, Allah-Taala onu öz hikməti ilə yaratmışdır. İnsan bütün aləmləri (yaradılışın hamsını) özündə cəm etmişdir. İnsan "Əl-Lövhül-Məhfuz"dakı (qorunan lövhə, İlahi sirr, İlahiyə məxsus elm) elmlərin xülasəsidir" – Allahın ən böyük höccəti sayılan insan İmam Əli (ə) kimi bir şəxsiyyətdə öz əksini tapmış və reallaşmışdır.
Yazının xülasə mətni:
Böyük Peyğəmbər, Kamil Əql, Rəsulların sonuncusu, Düz yola hidayət edən (s) müxtəlif səhid və məşhur hədislərdə Möminlərin Əmiri Həzrət İmam Əlini (ə) ən gözəl sözlərlə tərif etmiş, Onu Quran və Haqqla və Quran və Haqqı onunlar yoldaş bilmiş, Onları bir-birindən ayrılmaz saymış və bəzən də buyurmuşdur:
«وَ الَّذِی نَفْسِی بِیَدِهِ لَوْ لَا أَنْ‏ تَقُولَ‏ طَوَائِفُ‏ مِنْ‏ أُمَّتِی‏ فِيكَ مَا قَالَتِ النَّصَارَى فِی ابْنِ مَرْیَمَ لَقُلْتُ الْیَوْمَ فِيكَ مَقَالًا لَا تَمُرُّ بِمَلَإٍ مِنَ الْمُسْلِمِينَ إِلَّا أَخَذُوا التُّرَابَ مِنْ تَحْتِ قَدَمَیْكَ لِلْبَرَكَةِ»؛
"And olsun O kəsə ki, canım onun əlindədir! Əgər ümmətimdən bir qrup şəxslərin sənin barəndə xristianların (İsa) İbn Məryəm haqqında dediklərini deyəcəklərindən qorxmasaydım, bu gün sənin haqqında bir söz deyərdim ki, hansı tayfanın yanından keçsəydin sənin ayağının altının torpağını təbərrük (bərəkətlənmək) üçün götürərdilər!" – (İbn Əbil-Hədidin Nəhcül-bəlağəyə şərhi, c.5, səh.4 və c.9, s. 168 və c.18.s.282 / İrşadul-Qulub, Deyləmi, 2/247).
Bəzən də möcüzəli bir bəyanla buyurmuş:
«لَوْ أَنَّ الْبَحْرَ مِدَادٌ وَ الْغِیَاضَ أَقْلَامٌ وَ الْإِنْسَ‏ كُتَّابٌ‏ وَ الْجِنَّ حُسَّابٌ مَا أَحْصَوْا فَضَائِلَكَ یَا أَبَا الْحَسَنِ»؛
"Ey Əbəl-Həsən! Əgər dəyalar mürəkkəb, ağaclar qələm, insanlar yazan və cinnlər hesablayıcı ola, sənin fəzilətlərini saya bilməzlər!"
Bəzən də Onu Allah yolunda Cihadşı, İlahi kəlməni ucaldan, Haqqın müdafiəçi elan etmiş və Onun (ə) əməlini (bir qılınc vurmağını) bütün yaradılışın ibadətindən daha üstün bilmişdir. (Biharul-ənvar, 40/bab:91/hədis:114 və 41/bab:107, hədis:28).
Belə olan halda digərləri onun tərifində nə deyə bilərlər və nə desinlər ki!?
Bizim tərifimizin nə əhəmiyyəti var, bir halda ki, Allah-Taala özü onu Quranda tərif etmiş. Onu bütün Peyğəmbərlər və Vəsilər tanımış və tərif etmiş.
Əlbəttə Onu (ə) tərif etməyə nə bizim və nə də işlətdiyimiz kəlmələrin gücü çatmaz və biz və sözlərimiz Onu tərif etməyə layiq deyilik!
Bununla belə tarixdə dost və düşmən onu tərifləmiş və tarix bunu yazmışdır:
Bir nəfər Müaviyənin məclisində onun təkidi ilə İmam Əlini (ə) belə tərif etmişdir (Biharul-ənvar, c. 41/bab:107, hədis:28):
«كَانَ وَ اللهِ‏ بَعِيدَ الْمُدَى‏ شَدِيدَ الْقُوَى یَقُولُ فَصْلًا وَ یَحْكُمُ عَدْلًا یَتَفَجَّرُ الْعِلْمُ مِنْ جَوَانِبِهِ وَ تَنْطِقُ الْحِكْمَةُ مِنْ نَوَاحِيهِ یَسْتَوْحِشُ مِنَ الدُّنْیَا وَ زَهْرَتِهَا وَ یَسْتَأْنِسُ بِاللَّیْلِ وَ وَحْشَتِهِ كَانَ وَ اللهِ غَزِيرَ الْعَبْرَةِ طَوِيلَ الْفِكْرَةِ یُقَلِّبُ كَفَّیْهِ‏ وَ یُخَاطِبُ نَفْسَهُ وَ یُنَاجِی رَبَّهُ یُعْجِبُهُ مِنَ اللِّبَاسِ مَا خَشِنَ وَ مِنَ الطَّعَامِ مَا جَشِبَ كَانَ وَ اللَّهِ فِينَا كَأَحَدِنَا».
Bir nəfərin qısa tərifi:
«إحتياجُ الكُلِّ إلَیْهِ وَ إسْتِغْنائُه عَنِ الكُلِّ دَليلٌ عَلى أنَّه إمَامُ الكُلِّ»
Hamı ona möhtacdır və o hamıdan ehtiyacsız. Bu dəlildir ki, O hamıya imamdır! (Büğyətul-vuat, Syuti, 243; Tənqihul-məqal, Mamqani, 1/402, rəqəm:3769).
«كَلامُهُ دُونَ كَلامِ الخَالِقِ وَ فَوْقَ كَلامِ الْمَخْلُوقينَ»
Sözü Allahın kəlamından aşağı, məxluqun sözündən yuxarıdır!
«لَوْلا عَلِیٌّ لَهَلَكَ عُمَر»
Ömər bin Xəttab: "Əli (ə) olmasa idi Ömər həlak olardı!"
«لَوْ لَا سَیْفُهُ لَمَا قَامَ لِلْإسْلامِ عَمُودٌ»
Əlinin (ə) qılıncı olmasa idi, İslam üçün bir sütün qalmazdı!
«قُتِلَ فی مِحْرابِ عِبادَتِهِ لِشِدَّةِ عَدْلِهِ»
İbadət mehrabında Ədalətinn şiddətinə və kəskinliyinə görə öldürüldü!
Bi xanım onu Müaviyənin hüzurunda belə bir şer ilə tərif etdi:
«صَلَّى الإلهُ عَلـى جِسْمٍ تَضَمَّنَهُ قَبْــرٌ فَـاَصْبَحَ فيهِ الْعَدْلُ مَدْفوناً
قَدْ حالَفَ الْحَقُّ لا يبْغی بِهِ بَدَلاً فَـصارَ بِالْعَدْلِ وَ الايمَانِ مَقْروناً»
Məsihi alimi Cöbran Xəlil Cöbran deyir:
«فی عَقيدَتی اَنَّ عَلیَّ بْنَ أَبی طالِب اَوَّلُ عَرَبِیّ لازَمَ الرُّوحَ الْكُلِّيةَ فَجاوَرَها وَ سامَرَها»
Başqa bir şair belə demiş:
«اَلنّبِی الْــمُصْطَفى قالَ لَنا/ لَيلَــة الْـمِعْراجِ لَمّا صَعِدَهُ
وَضَــعَ اللهُ عَلى ظَهْری يداً/ فَاَرانِی الْقَلْــبَ اِنْ قَدْ بَرَّدَهُ
وَ عَلِیٌ واضِـــعُ رِجْلَيهِ لی/ بِمَكان وَضَـعَ اللهُ یــدَهُ»
Tarixdə Əlinin (ə) şənində deyilən tərifləri deməklə qurtarmaz. Amma bununla belə yenə də O həzrət tam və kamil tanınmamış və Allah və Rəsulundan başqa heç kimi onu tərif edə bilməmiş və tanımamışdır.
Necə ki, İmam Sadiq (ə) bu hədisdə buyurur:
«الصُّورَةُ الإنْسَانِیَّةُ هِیَ أكْبَرُ حُجَجِ اللهِ عَلى خَلْقِهِ وَ هِیَ الكِتابُ الَّذی كَتَبَه بِیَدِهِ وَ هِیَ الهَیْكَلُ الّذی بَناهُ بِحِكْمَتِهِ وَ هِیَ مَجْمُوعُ صُوَرِ العَالَمينَ وَ هِیَ المُخْتَصَرُ مِنَ العُلُومِ فی اللَّوحِ الْمَحْفُوظِ»
"İnsan (insani həqiqət, şəxsiyyət) Allah-Taalanın yaradılış üçün ən böyük "höccət"idir (höccət = dəlil, sübut, arqument, şahid). İnsan bir kitabdır ki, Allah-Taala onu öz (qüdrət) əli ilə yazmışdır. İnsan bir heykəldir ki, Allah-Taala onu öz hikməti ilə yaratmışdır. İnsan bütün aləmləri (yaradılışın hamsını) özündə cəm etmişdir. İnsan "Əl-Lövhül-Məhfuz"dakı (qorunan lövhə, İlahi sirr, İlahiyə məxsus elm) elmlərin xülasəsidir" – Allahın ən böyük höccəti sayılan insan İmam Əli (ə) kimi bir şəxsiyyətdə öz əksini tapmış və reallaşmışdır.
Böyük Mötəzili alimi İbn Əbil-Hədid İmam Əlinin (ə) barəsində belə bir şer deyib:
«هُوَ النَّبَأُ الْمَكْنُونُ وَ الجَوْهَرُ الّذی/ تَجَسَّدَ مِنْ نُورٍ مِنَ القُدْسِ زاهِــر
وَ وَارِثُ عِلْـمِ المُصْطَفى وَ شَقيقِه/ أخاً وَ نَظيراً فِی العـلى و الأواصِر
وَ ذُو المُعْجِزاتِ الوَاضِـحاتِ أقلّها/ الظُّهور عَلى مُسْتَـوْدِعاتِ السَّرائر
ألا إنَّما التَّوْحيدُ لَوْلا عُلــــومُهُ/ كَعَــرْضَةِ ضِلّیــلٍ وَ نَهْبَةِ كافر»
Biz şiələr gərək Allaha şükür səcdəsi edək və bu böyük Vilayət və Əhli-Beyt (ə) yolunu getmək nemətinə görə ona çoxlu şükürlər deyək!
Ədəbiyyat:
İbn Əbil-Hədidin Nəhcül-bəlağəyə şərhi, c.1, s11 və 24 və c.5, səh.4 və c.9, s.168 və c.12.s83 və c.18.s.282;
İrşadul-Qulub, Deyləmi, 2/247;
Biharul-ənvar, 40/bab:91/hədis:114 və 41/bab:107, hədis:28;
Bəlağatun-nisa, s.48 (Sövdət bint Amirin sözü);
Əl-İmam Əli (ə) sövtul-ədalətil-insaniyyə, Cordaq, 1/364;
Tarixul-xəmis, Diyar Bəkri, 2/87 (Şafeinin şeri);


1265539
captcha