IQNA

Qaradaği: “İsrailin HƏMAS rəhbərliyinə sui-qəsd cəhdi qorxaqlıq cinayətidir”

8:09 - September 11, 2025
Xəbər sayı: 3498844
İQNA - Ümumdünya Müsəlman Alimləri Birliyinin sədri bəyan edib ki, sionist rejim bu əməliyyatla ərəblərə və Yaxın Şərq ölkələrinə heç bir qanuna, əxlaqi prinsiplərə, suverenliyə və ya dostluğa hörmət etmədiyi mesajını vermək istəyib.

“İQNA”-nın Fələstin “Şəhab” xəbər agentliyinə istinadla verdiyi məlumata görə, Ümumdünya Müsəlman Alimləri Birliyinin sədri şeyx Əli Qaradaği vurğulayıb ki, işğalçı sionist rejimin HƏMAS rəhbərliyinə və onun Doha şəhərindəki danışıqlar heyətinə sui-qəsd cəhdi qorxaq və xaincəsinə törədilmiş bir cinayətdir. O bildirib: “Bu cəhd tamamilə uğursuzluğa düçar oldu, lakin eyni zamanda bölgə ölkələrinin hamısına təhlükəli bir mesaj göndərildi.”

O qeyd edib ki, bu əməliyyat yalnız HƏMAS heyətini deyil, həm də Qətərin suverenliyini hədəfə aldı. “Orada şəhid olanların xəbərindən təsirləndik, lakin bu cəhdin iflasa uğraması bizi sevindirdi,” – deyə o əlavə edib.

Şeyx Əli Qaradaği vurğulayıb ki, sionist rejim bu əməliyyatla ərəblərə və Yaxın Şərq ölkələrinə heç bir qanuna, əxlaqi prinsiplərə, suverenliyə və ya dostluğa hörmət etmədiyini göstərmək istədi.

O bildirib: “İşğalçı rejim Qəzzə və fələstinliləri öldürdüyü kimi, başqalarını da hədəf alır, onların hava məkanını və torpaqlarını pozur.”

Ümumdünya Müsəlman Alimləri Birliyinin sədri əlavə edib ki, ərəb və islam cavabı iki əsas addımda həyata keçirilməlidir: Birincisi, işğalçı rejimlə bütün əlaqələrin tamamilə kəsilməsi – buna Misir, İordaniya və digər ərəb ölkələri də daxildir; ikincisi isə dini dəyərlərə və ərəb cəsarətinə əsaslanan birlik və həmrəyliyə sadiq qalmaqdır.

Şeyx Əli Qaradaği sonda bildirib: “İşğalçı rejim öz tərəfdarlarının üzünü qara çıxardı. İndi məsuliyyət ərəblərin və müsəlmanların üzərinə düşür ki, birləşsinlər və Allaha güvənərək ümməti və onun suverenliyini müdafiə etsinlər.”

4304445

captcha