IQNA

Kərbəlada ilk “Rəhmətən lil-aləmin” Beynəlxalq Festivalı keçirilib

8:03 - September 11, 2025
Xəbər sayı: 3498843
İQNA - Həzrət Peyğəmbərin (s) mövludu münasibətilə Kərbəlada Əbəlfəzl Abbasın (ə) mübarək hərəmində ilk “Rəhmətən lil-aləmin” Beynəlxalq Festivalı keçirilib.

“İQNA”-nın “əl-Kəfil” saytına istinadən verdiyi xəbərə görə, festivalın açılış mərasimi, sentyabrın 17-də, müqəddəs Abbas hərəminin rəhbəri Mustafa Murtəza Əl-Ziyauddin, onun müavini Abbas Musa Əhməd, idarə heyətinin üzvləri, hərəmin şöbə rəhbərləri, həmçinin İraqın daxilindən və xaricindən gəlmiş rəsmi, dini və elmi şəxsiyyətlərin iştirakı ilə keçirilib.

Tədbir Qurani-Kərimdən ayələrin qari Məhəmmədrza əl-Zübeydi tərəfindən tilavəti ilə başlanıb. Daha sonra Həşim əl-Milanı müqəddəs Abbas (ə) hərəmi adından çıxış edib.

O, çıxışında İslam irsinin araşdırılması və Məhəmməd (s) risalətinin cəmiyyətə təsirinin öyrənilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Həzrət Məhəmməd Peyğəmbərin (s) həyatının bəzi məqamlarına və onun uca insani dəyərlərinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Festival Həzrət Məhəmməd Peyğəmbərin (s) mövludunun min beş yüz illiyi münasibətilə təşkil olunub və üç gün davam edəcək.

İlk “Rəhmətən lil-aləmin” Beynəlxalq Festivalının proqramına kitab sərgisi, Qurani-Kərim məclisi, elmi-araşdırma sessiyası, Həzrət Məhəmməd Peyğəmbərin (s) həyatına dair elmi konfrans, Darur-rəsulil-Əzəm (s) Mərkəzinin Diyala Universiteti ilə əməkdaşlığı çərçivəsində fəaliyyəti, şeir müsabiqəsi və hərəmdə keçiriləcək kütləvi bayram tədbiri daxildir. Həmin mərasimdə həmçinin ilk “əl-Risələtul-kubra” müsabiqəsinin qaliblərinin adları elan ediləcək.

Müqəddəs Abbas (ə) hərəmi “Rəhmətən lil-aləmin” festivalını keçirməklə Həzrət Məhəmməd Peyğəmbərin (s) risalətinin insanlıq missiyasına – rəhmət, mərhəmət və sülh simvolu olmasına diqqət yetirməyi qarşısına məqsəd qoyub.

4304217

captcha