İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" xəbər kanalının internet səhifəsinə istinadən verdiyi xəbərə görə Emaniyol Ucuku – Nigeriya polis sözçüsü, "Fransa" xəbər agentliyinə müsahibəsində bu barədə xəbər verərək deyib: Cümə günü, 28 noyabar, Nigeriyanın "Kanu" şəhərində məscidlərdən birində iki nəfər intiharçı terrorist özlərini namazqılanların arasında partladaraq 62 nəfərin ölmünə və 126 nəfərin yaralanmasına səbəb oldular. İntiharçılardan özlərini partladan sonra canlarını qurtarmaq üçün hadisə yerindən qaçan namazqılanları da tanınmaz terrorçü ünsürlər güllə atəşinə tutublar.
Hadisə yerli vaxtla saat 14:00-da və Cümə namazı başladıqdan sonra baş verib.
Bu cinayəti törədənlərin kimliyi hələ ortaya çıxarılmayıb. Amma ilk ipucları və ehtimallar göstərir ki, bu terroro törədənlər təqribən 15 nəfərə yaxın silahlı terrorist "Bukoharam"a bağlı qruplaşmalardan birinin ünsürləri olublar, - Livanın "ən-nəhar" qəzeti belə yazıb.
"Bukoharam" terrorist qruplaşması da İŞİD kimi İslam Xilafətini diriltmək və şəri hökmləri icra etmək adı ilə son beş ildə bu cür vəhşiliklərə imza atırlar.
Yerli şahidlərin dediklərinə görə terroristlərdən 4 nəfəri öldürülüb, amma qalanları hadisədən sonra yaranmış izdihamdan istifadə edərək qaça biliblər.
Kanu şəhəri Nigeriyanın ən böyük şəhəridir, ölkənin şimalında yerləşir və şəhərin əksəriyyəti müsəlmanlardan ibarətdir.
2612609