İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "movsuatul-iraq" internet informasiya saytına istinadən verdiyi xəbərə görə Suriyanın Rabitə və İnformasiya Nazirliyi elaniyyə yayaraq bildirib ki, Suriyanın Ali Məhkəməsinin təşəbbüsü və dünyanın səksən ölkəsinin iştirakı ilə paytaxt Dəməşqin hotellərindən birində iki gün müddətində, cari ilin Noyabr ayının otuzunda və Dekabr ayının birində "Terrorizim və Dini Radikalizimlə mübarizə" adlı beynəlxalq konfrans keçiriləcək.
Bu konfransada dünyanın 80 ölkəsi, o cümlədən Ərəb və Qərb ölkələrinin və Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu şəxsiyyətləri iştirak edəcəklər.
Konfransda "Terrorizim və milli hakimiyyət", "terrorizim beynəlxalq hüquqlar baxımından", "terrorizim və dini radikalizim" və "Suriyanın əleyhinə birtərəfli sanksiyaların tətbiqinin qeyri-qanunu olması" kimi mövzular müzakirə olacaqdır.
Bəyaniyyədə deyilir ki, Suriyanın prezidenti Bəşşar Əsəd beynəlxalq qurumlardan terrorizimə və terrorizimin ən aşkar nümunəsi sayılan İŞİD-ə qələbə etmək üçün səmimanə və sadiqanə həmkarlıq etmələrini istəyib.
2612524