İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının ümumi əlaqələr və informasiya idarəsinə istinadən verdiyi xəbərə görə, Əbuzər İbrahimi Türkəman İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi, sabah, Dekabr ayının 3-də Azərbaycana səfəri çərçivəsində Azərbaycanın dini işlər üzrə məsul şəxslərlə görüş keçirəcək.
O bu səfərə Azərbaycanın Dini Qrumlarla İşlər Üzrə Komitəsinin sədri Mübariz Qurbanəlinin dəvəti ilə gedir.
Bu görüşdə iki ölkənin mədəni və dini əlaqələrinin daha da yaxınlaşması və asanlaşması üçün müzakirələr aparılacaqdır.
İbrahim Türkəmani bu görüşdə Mübarəzi Qurbanəli - Azərbaycanın Dini Qrumlarla İşlər Üzrə Komitəsinin sədri, Əbəlfəz Qarayev – Azərbaycanın Turizim və Mədəniyyət Naziri və Qafqazın şeyxul-İslamı Allahşükür Paşazadə ilə görüşəcəkdir.
İbrahimi Naidi - İİR-nın Bakıdakı Mədəni Əlaqələr İdarəsinin rəisi, iki ölkə arasında hərtərəfli münasibətlərin qorunması, möhkəmləndirilməsi və genişləndirilməsinin zəruriliyinə işarə edərək deyib: Azərbaycanla siyasi, ictimai, elmi, mədəni və dini əlaqələrin genişləndirilməsi və bu yöndə hərtərəfli əməkdaşlığın yeni bir mərhələsinə başlamışıq.
O, Azərbaycan prezidentinin İran prezidenti ilə görüşlərinə işarə edərək dedi: "Ümid edirik ki, bu iki günlük səfər zamanı bu cür əlaqələrin daha da asanlaşması və genişləndirilməsi üçün münasib şərait yaradılacaqdır".