İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) " World Bulletin" xəbər saytına istinadən verdiyi xəbərə görə Özbəkistanın paytaxtı Daşkənddə qrup müəllimə xanımları qızlara Quran dərsləri öyrətdiklərinə görə tutuqlayaraq həbs ediblər. Bu məsələdə tutuqlanan müəllimə xanımlar öz evlərində qızlara Quran dərsi deyirlərmiş ki, buna görə həbs olunublar.
Özbəkistanın dövlət televiziyası yayılmladığı xəbərlərdə elan edib ki, bu xanımlar evlərində qızlara dini radikalizimi və ifratçılığı tədris edirlərmiş və buna görə də həbs olunublar.
Məlumata görə bu qadınlardan biri "hizbut-təhrir"in üzvlərindən birinin xanımıdır.
Özbəkistanın sağçı qrupları bu dövləti "İslami radikalizimlə mübarizə" adı altında dini azadlıqları kobud şəkildə tapdalaması ilə məhkum edir və suçlayırlar.
Nyu-Yorkda yerləşən İnsan Hüquqları Müdafiəçisi təşkilatı 2012-ci ildə Özbəkistan respublikasını müsəlmanları həbs etdiyi və onlara müxtəlif bəhanələrlə işkəncə vediyi üçün tənqid etmişdi.
Öbəkistan dövləti 2012-ci ildə İslami geyimlərinin də satışını qadağan etmiş və satalar üçün cəza nəzərdə tutmuşdu.
2615125