IQNA

Papa vurğuladı: İŞİD; Orta Şərq məsihilərinin köçkünlüyünün baisi

22:21 - December 07, 2014
Xəbər sayı: 2616193
Xarici şöbə: Dünya katoliklərinin rəhbəri Papa Fransis öz videokonfrans çıxışında vurğuladı: "Orta Şərqdə yaşayan məsihilərin qaçqınlıq və köçgünlüyünün səbəbi İŞİD adlanan terrorist qruplaşmasıdır".

 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "sana" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Fransanın Liyon şəhərinin baş yepiskopu kardinal Filipin vasitəsilə dünya katoliklərinin rəhbəri Papa Fransisin İraq Kürdistanına baxış zamanı İrbildə yayımlanan videoçarxda, Papa vurğulayıb ki, Orta Şərqdə yaşayan məsihilərin qaçqınlıq və köçgünlüyünün səbəbi İŞİD adlanan terrorist qruplaşmasıdır.  

Papa Fransis deyib: Fanatik və radikal qrupların səhf fəaliyyətlərinə görə çox sayda İraq vətəndaşı, o cümlədən məsihilər və eyzədilər öz evlərindən qaçqın düşüblər. Onlar, öz dinlərini məhv etmək istəyən terroristlərin anti-bəşər zorakılıqlarının qurbanına çeviriliblər.

Fransalı kardinal Filip cari ildə bununla ikinci dəfədir ki, İrbil şəhəri yaxınlığında olan "Eynkava" qəsəbəsində yerləşən qaçqın düşərgələrinə baxış keçirib.

Qahirədə keçirilən "Terrorizimlə mübarizə" konfransında iştirak edən məsihi alimləri də ərəb ölkələrində yaşayan məsihilərə tövsiyə ediblər ki, öz yurdlarını tərk edib qaçmasınlar.

2616016    

Teqlər: qahirə ، papa ، fransis ، yekiskop ، fransa ، İraq ، İrbil
captcha