İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə dünən, 8 dekabr, Əl-Aləm peyk TV kanalının reportiyoru İraqın paytaxtı Bağdad şəhərinin şimalında yerləşən "əş-şəəb" regionunda İmam Hüseyn (ə) ziyarətçiləri və əzardarlarına terroristlər tərəfindən iki dəfə qanlı hücumunun olduğunu deyib.
Terror nəticəsində onlarla insan şəhid olub və yaralanıblar.
Bu xəbərə görə paytax Bağdadın cənubunda "məhmudiyyə" regionunda da İmam Hüseyn (ə) ziyarətçilərinin piyada karvanları yolunun üstündə bomba qoyulmuş maşının partlaması nəticəsində şəhid olanlar və yaralananlar olub.