İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Misir şeyxlərindən olan Mustafa Raşid – (hal-hazırda Avstraliyanın Sidney şəhər məscidinin xətibi), yenə də əcib-ğərib və Quran-Kərimə zidd olan bir fətva ilə gündəmə gəlib. O televiziyaya verdiyi müsahibədə özün qatı açılmamış yeni fətvasında iddia edib ki, Quranda "məstlik" haram edilib, şərab yox! Allah-Taalanın göndərdiyi müqəddəs kitabda şərabın haram olduğuna dair bir ayə gəlməyib.
O, peyk kanalı olan "ət-təhrir" televiziyasında müsahibəsində öz yeni fətvasını açıqlayarkən Quran-Kərimin - یَا أَیُّهَا الَّذِینَ آمَنُوا لَا تَقْرَبُوا الصَّلَاةَ وَأَنْتُمْ سُکَارَى حَتَّى تَعْلَمُوا مَا تَقُولُونَ – " Ey iman gətirənlər, sərxoş halda (sərxoşluğunuz aradan gedənə və) nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın" - (Nisa/43) ayəsinə işarə edərək deyib: "Quran-Kərimdə bu barədə olan ayələr təkcə məst olmağın haramlığını deyir və bu ayələr şərabın özünün də haramlığına dəlalət etmir. Və biz Allaha bu badərə yalan nisbət verə bilmərik. Bu fətvanı mən verirəm və bu barədə məsuliyyət daşıyıram. Buna görə də məst olmayacaq miqdarda azca şərab içməyin eybi yoxdur. Bir haldaki Quran deyir cənnətdə də şərabdan çaylar və bulaqlar vardır".
Qeyd edək ki, bu cür fətvalar verməkdə "usta" olan Mustafa Raşidi bunda öncə də hicabın İslamda vacib olmadığını iddia etmiş və donuz əti nəcis deyildir demişdi.
Mustafa Raşidin bu dəfəki iddialarına sünni və şiə alimləri, o cümlədən Qahirənin "Ömər məscidi"nin xətibi Məzhər Şahin aşağıdakı cavabları vermişlər:
Əvvələn bu fətva Quran-Kərimin ayələri ilə ziddir. Çünki Allah-Taala Quran-Kərimdə çox aydın şəkildə buyurur:
یا أَیُّهَا الَّذینَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَ الْمَیْسِرُ وَ الْأَنْصابُ وَ الْأَزْلامُ رِجْسٌ مِنْ عَمَلِ الشَّیْطانِ فَاجْتَنِبُوهُ لَعَلَّکُمْ تُفْلِحُونَ
" Ey iman gətirənlər, həqiqətən şərab, qumar və asılmış bütlər(ə ibadət etmək, onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və qumardakı püşk oxları nəcis və murdardır və Şeytanın ixtiralarındandır. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız" – (Maidə/90).
إِنَّما یُریدُ الشَّیطانُ أَن یُوقِعَ بَینَکُمُ العَداوَةَ وَ الْبَغضاءَ فِی الخَمرِ وَ الْمَیْسِرِ وَ یَصُدَّکُمْ عَن ذِکرِ اللَّهِ وَ عَنِ الصَّلاةِ فَهَل أَنتُم مُنْتَهُونَ
" Həqiqətən Şeytan şərab və qumarla (sizi onlara aludə edib onların düşkünü etməklə) aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə əl çəkəcəksinizmi?" – (Maidə/91).
Sünni alimləri bu fətvanın Quran ayələri ilə zidd olduğunu dedikdən sonra, bu hökmün səhih hədislərlə də müxalif olduğunu deyiblər.