İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “mənarə” internet informasiya saytına istinadən verdiyi xəbərə görə Mərakeşdə Quranın hifzi, tərtil qiraəti ilə oxunuşu, təcvidi və təfsiri üzrə beynəlxalq Quran yarışlarının onuncu turu dünən, 23 dekabr, ölkənin “Kazablanka” şəhərində “VI Məlik Məhəmməd Mükafatı” adı altında öz işinə start verib.
Yarışlarda dünyanın 50 ölkəsindən 37 nəfər peşəkar Quran qiraətçisi və Quran fənləri üzrə aktivist iştirak edir.
Əhməd Tofiq – Mərakeşin İslami İşlər və Vəqflər Naziri, bu yarışların açılış mərasimindəki çıxışında bu cür yarışları ölkə padşahının Quran-Kərimə verdiyi üstünlük və dəyərin cilvəsi adlandırıraq qeyd edib ki, yarışların 10-cu tur həddinə gəlib çatması Mərakeşin İslam və Ərəb ölkələri arasında Quran yarışlarına verdiyi əhəmiyyət və dəyərin göstəricisidir.
Məhəmməd Cəmil Mübarək – hakimlər heyətinin rəisi, qeyd edib ki, bu il yarışçıların keyfiyyət göstəricisi öncəki illərə nisbətən daha təqdirə layiqdir.
O əlavə etdi: Hakimlər heyəti yarışların haşiyəsində elmi toplantılar da təşkil edəcəklər. Həmçinin iştirakçıların nəhv, təfsir, bəlağət, fiqhi hökmlər və s... Quran elmləri ilə bağlı fənlər üzrə bilikləri də qiymətləndiriləcəkdir.
Bu yarışlarda hakimlər heyətini Mərakeş, Tunis, Misr, Ərəbistan və İordaniya kimi ölkələrdən hakimlər təşkil edirlər.
Yarışlarda Mərakeş, Tunis, Əlcəzair, Liviya, Mavritaniya, Misr, Senqal, Bəhreyn, Fələstin, Küveyt, Mali, Oman, Livan, Qətər, Yəmən, Malaziya, Pakistan, Kumor, İndoneziya, Rusiya, Nigeriya, Mərkəzi Afrika, Ac Sahili, Burunoyi, Zambiya, İordaniya, Kameron, Kongo, Çad, BƏƏ, Türkiyə və s... ölkələrdən yarışçılar iştirak edirlər.
Müsabiqənin nəticələri sabah, 25 dekabrda, əsr zamanı yekun mərasimində elan ediləcəkdir.