İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-aləm” peyk TV kanalının internet səhifəsinə istinadən xəbər verir ki, Ərəbistan məhkəmələrindən biri “Ehsa” əyalətində Məhərrəmlik əzadarlığı günlərində beş nəfər vətəndaşı, o cümlədən 4 kişik yaşlı uşağı İmam Hüseyn (ə) bayrağını bir mədrəsənin banından göyə ucaldaraq dalğalandırdıqları üçün həbs etdi.
Ehsa əyaələtinin “əl-həlilə” kənd sakinləri İsa Buzeyd, Müctəba Xəlifə Üməyşi, İsa Zahir Nasir, Əli Məhəmməd Nəyyif və Hüseyn İbrahim 2 ildən 6 ildək həbs və ölkədən xaric olmamaq qadağası ilə cəzalandırıldılar.
Səudiyyənin Avropa İnsan Haqları Təşkilatı öncədən də bu cür qanunsuzluqlara işarə edərək elan etmişdi ki, Ərəbistan məhkəmələrində ədalətə riayət olunmur, insanlar qiyabi şəkildə və bağlı məhkəmələrdə məhkum olunurlar və bəzən də məhkəmənin qərarı 20 ay qanunsuz həbsdən sonar elan olunur.