İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə “Müsəlman Tələbələrin Beynəlxalq Quran Müsabiqəsi”nin 5-ci turunun mətbuat konfransından sonar bu yarışlarda iştirak edəcək xarici tələbələrin ilk dəstəsi artıq dünəndən (26 dekabr), yəni yarışların başlanılmasına hələ beş gün qalmışdan İran İslam Respublikasındadırlar və bu gündən (27 dekabr 2014) yarışların başlaması üçün rəsmi şəkildə “geri sayma” əməliyyatı başlayıb.
İran İslam Respublikası bu yarışlara dörd gün müddətində evsahibliyi edəcək və Quranla ünsiyyətdə olan bütün xarici qonaqlar bu günlərdə İranın xüsusi qonaqlarıdırlar.
Hamıdan öncə İrana gəlmiş bu dəstədə Misr, Bosniya və Taylanddan Quransevər müsəlman tələbələr iştirak edirlər. Qonaqları “İran Universitetləri Cihadı Təşkilatı”nın nəzdində fəaliyyət göstərən “Universitetlərin Quran Fəalları Təşkilatı”nın heyəti “İmam Xomeyni (r.ə)” adına hava limanında qarşılayıb.
“Müsəlman Tələbələrin Quran Müsabiqəsi”nin 5-ci turunda iştirak edəcək digər müsəlman ölkələrindən olan heyətlər 2015-ci ilin Yanvar ayının 1-dək İrana gələcəklər. Bundan sonra isə yeni milad ilinin ilk günündə bu yarışların açılış mərasimi Tehranın “Milad” qülləsində keçiriləcəkdir.
Qeyd edək ki, yarışlarda dünyanın 50-dən çox ölkəsindən müsəlman tələbələr iştirak edəcəklər. Yarışlar 2015-ci ilin Yanvar ayından 1-dən 5-dək Tehranda keçiriləcəkdir.