IQNA

Həzrət Peyğəmbərin (s) ad günü 2015-ci ildə iki dəfə təkrar olacaqdır

22:54 - December 29, 2014
Xəbər sayı: 2650131
Xarici şöbə: Suriyanın “Astrologiya Birliyi”nin astronomik və nücumi hesablarmalarına görə Həzrət Məhəmməd Peyğəmbərin (s) ad günü 2015-ci ildə iki dəfə təkrar olunacaqdır.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Suriya respublikasının rəsmi xəbər agentliyi olan “SANA”ya (sana.sy) istinadən verdiyi xəbərə görə Suriyanın “Astrologiya Birliyi” alimlərinin astronomik və nücumi hesablamalarına görə əziz İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) ad günü 2015-ci ildə Suriya və digər İslami ölkələrdə iki dəfə qeyd olunacaqdır.



Bir dəfə 03, 01, 2015- ci il tarixində ki, 12 rəbiul-əvvəl 1436 hicri-qəməri tarixi ilə eyni günə düşür və ikinci dəfə isə 24, 12, 2015-ci ildə ki, 12 rəbiul-əvvəl 1437-ci hicri-qəməri tarixi ilə üst-üstə düşür.



Əbdüləziz Sənubər - Suriyanın “Astrologiya Birliyi”nin müavini, bu barədə deyib: Bir il ərzində Hicri-Qəməri tarixi ilə günlərin sayı milad tarixi ilə günlərin sayından 11 gün az olduğu üçün bu il belə bir hadisə baş verəcək və biz 2015-ci ildə Peyğəmbərimiz (s) üçün iki dəfə ad günü keçirəcəyik. Bu cür hadisə hər 33 ildə bir dəfə təkrarlana bilər.



Bu hadisə axırıncı dəfə milad ili ilə 1982-ci ildə baş vermişdi. Həmin il hicri-qəməri tarixi ilə 1403-cü ilə təsadüf edir. Gələcəkdə isə bu hadisə 2047 – ci milad ilində baş verəcəkdir ki, hicri-qəməri tarixi ilə 1470-ci ilə təsadüf edəcəkdir.



2645747       

Teqlər: iqna ، SANA ، suriya ، nücum ، astronomiya ، milad ، hicri ، qəməri
captcha