İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Sky News” xəbər agentliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə Fəyaz Moğul – Britaniyanın “İslamofobiya Gözətçisi Təşkilatı”nın (Tell Mama) rəisi, deyir: “Bizim əldə etdiyimiz məlumatlar göstərir ki, bütün Avropada “islamofobiya” hücumlarının sayı çoxaldığı bir zamanda İngiltərədə müsəlman qadınlar əleyhinə “islamofobiya” yönündə törədilmiş cinayətlərin sayı keçən iki il ərzində 10 dəfə çoxalmış və daha da kobudlaşmışdır”.
O əlavə etdi: “İslamofobiya Gözətçisi Təşkilatı”nın ofisinə gələn şikayətlər göstərir ki, müsəlman qadınlar əleyhinə törədilmiş cinayətlərin sayı keçən 18 ay ərzində 5 – 10 dəfə artmışdır ki, bu cinayətlərin çoxu fiziki hücumlar və təhqiredici sözlərlə törədilmişdir.
İngiltərə vətəndaşı olan 21 yaşlı müsəlman xanım Yasmin Xalid də bu hücumlara məruz qalanlardan biridir. O deyir ki, indiyədək ona olunan hücumlardan təkcə ikisini məruzə edibdir. Yasminin dediyinə görə ona hücum edənlər onu sözlə alçaldır, terrorist və “talibançı” deyirmişlər.
Yasmin deyir: “Mən bu təhqirlərə gah cavab verir, gah ağlayır və gah da özümü gizlədirdim, çünki nə edəcəyimi bilmirdim”.
Qeyd edək ki, avropalılar arasında müsəlmanlara qarşı ən bədbin xalq ingilislərdir. Bir haldakı bu ölkədə təkcə 3 milyon civarında müsəlman yaşayır.