IQNA

23:00 - January 05, 2015
Xəbər sayı: 2674421
Beynəlxalq qrup: Suriya prezidenti Bəşşar Əsəd dünən, 4 yanvar 2015-ci il, Dəməşqin “Əl-Əfram” came məscidində keçirilən əziz İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) viladət bayramında iştirak etdi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Suriyanın rəsmi xəbər agentliyi “Sana”ya istinadən verdiyi xəbərə görə Suriya prezidenti Bəşşar Əsəd dünən, həftənin bazar günü, 4 yanvar 2015-ci il tarixində, paytaxt Dəməşqin “Əl-Əfram” came məscidində Suriya Vəqflər Nazirliyi tərəfindən keçirilən əziz İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) viladət bayramında iştirak etdi.



Əziz İslam peyğəmbərinin (s) viladət bayramı peşəkar qiraət ustası Şeyx Səlim Əbdüh əl-İqadın Quran tilavəti ilə başladı. Ondan sonra isə Suriyanın Vəqflər naziri Əbdüssəttar Seyyid çıxış edərək həzrət Məhəmmədin (s) rəhmət, şəfqət, qardaşlıq, haqq yola və ədalətə dəvət, insanlar arasında sevgi və qana qarşı olan bərəkətli həyat və tarix yolundan danışdı.



Əhl-Sünnə qardaşlarımız dünən, həftənin bazar günü, 4 yanvar 2015-ci il tarixində peyğəmbərin (s) viladət bayramını keçirdilər.



Qeyd edək ki, Bəşşar Əsəd Dəməşqin Şimal Şərqində suriyalı əsgərlərlə görüşərək 2014-cü ilin son gününü onlarla keçirib.   



2672224

Ad:
E-poçt:
* Comment:
* captcha: