IQNA

23:56 - January 06, 2015
Xəbər sayı: 2679864
Beynəlxalq qrup: Misrdə Quran-Kərimin elmi təfsiri barədə yazılmış digər bir təfsir kitabı işıq üzü gördü. Bu dəfə Misirin "Həlvan" əyalətinin fizika ustadı Müslim Şəltutun yazdığı "Quranın varlıq tanıma (ontologiya) barədə ayələrinin elmi təfisir" kitabı çapdan çıxdı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Misirin "fito" xəbər portalına istinadən verdiyi xəbərə görə Misrdə Quran-Kərimin elmi təfsiri barədə yazılmış digər bir təfsir kitabı işıq üzü gördü. Bu dəfə Misirin "Həlvan" əyalətinin "Nücum və geofizika milli tədqiqat mərkəzi"nin "günəş fizikası" ustadı Müslim Şəltutun ərəb dilində qələmə aldığı "Quranın varlıq tanıma (ontologiya) barədə ayələrinin elmi təfisir" - التفسیر العلمى للآیات الکونیة فی القرآن ) الکریم ( - kitabı çapdan çıxdı.
Müslim Şəltut – kitabın müəllifi, bu barədə dedi: Son zamanlarda Quran-Kərimin varlıq və yaradılış barədə elmi ayələrinin barəsində astronomiya, nücum, təfsir və bu məsələyə bağlı başqa elmlərdə qeyri-mütəxəssislərin və bu sahədə yetərli savadı olmayanların nəzərləri və yazıları geniş şəkildə yayılmağa başlamışdır. Bu da elmi və şəri sahələrdə Quran ayələrindən səhv və yalnış təfsir irəli sürməyə səbəb olmuşdur.
O əlavə etdi: "Quranın varlıq tanıma (ontologiya) barədə ayələrinin elmi təfisir" - التفسیر العلمى للآیات الکونیة فی القرآن ) الکریم ( - kitabı Quran-Kərimin yaradılış haqqında elmi məsələlərə işarə edən ayələrinin təfsiri barədədir ki, bu cür təfsirlər indiyədək irəli sürülməmişdir. Bu kitabda göstərilmiş təfsirlər nücum elminin elmi əsaslarına söykənmişdir.

2676622

Teqlər: quran ، elmi ، nücum ، ayə ، astronomiya
Ad:
E-poçt:
* Comment:
* captcha: