IQNA

Parisdəki son terror hücumlarının islamla bir əlaqəsi yoxdur - Fransa prezidenti

0:49 - January 11, 2015
Xəbər sayı: 2694073
Beynəlxalq qrup: Fransua Olland - Fransa prezidenti, ölkəsində son günlərdə baş verən terror hadisələrinə və təhididlərin davam etməsinə işarə edərək dedi: Parisdəki son terror hücumlarının islamla bir əlaqəsi yoxdur!


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" peyk TV kanalının rəsmi xəbər protralına istinadən verdiyi xəbərə görə bu barədə xüsusi müraciətdə Fransa prezidenti Fransua Olland bildirib.



Olland son hücumlar zamanı təhlükəsizlik qüvvələrinin göstərdikləri səylərə təşəkkür edərək vurğuladı: Bu ölkənin dövləti öz vətəndaşlarının asayişini qorumaq üçün bütün gücündən istifadə edəcəkdir.



Onun sözlərinə əsasən, hücumu islam din ilə əlaqəsi olmayan şəxslər törədib. O, həmvətənlərini bazar gününə nəzərdə tutulan terrorçuların qurbanı barədə respublika xatirə marşına gəlməyə çağırıb. “Mən orada olacam!”,- deyə prezident bildirib. Prezident təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.



Çünki “Fransa əvvəlki tək ekstremistlərin hədəfi olaraq qalır”. Eyni zamanda o bildirib ki, Fransanın gücü birliyindədir. Fransa onun fikrincə dini inancından asılı olmayaraq bütün vətəndaşlar üçün təhlükəsiz olmalıdır, deyə “euronews” yazıb.



Olland həmçinin müsəlmanlar və ekstremistlər arasında fərqə işarə edib: “Fanatiklər müsəlman dini ilə ortaq mövqeyə malik deyillər”.



O bununla belə dünən yəhudi mağazasında baş verən hadisəni anti-yəhud bir addım adlandırdı.



Qeyd edək ki, Fransa və digər ölkə müsəlmanları Parisdəki terror aktını kəskin tənqid ediblər.



2690786

Teqlər: olland ، fransa ، molla ، terror
captcha