IQNA

Kərbəlada "İmam Hüseyn (ə) muzeyi" dünyanın 10 ən yaxşı muzeyindən biri

8:50 - January 12, 2015
Xəbər sayı: 2698544
Beynəlxalq qrup: Birləşmiş Millətlər Təşkilatının (BMT) İraqdakı nümayəndəsi dünyanın mədəniyyət və icəsənət aləminin tanınmış şəxsiyyətlərinin iştirakı ilə keçirilən mərasimdə Kərbəlanın "İmam Hüseyn Muzeyi"ni dünyanın 10 ən yaxşı muzeyindən biri kimi elan etdi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İmam Hüseynin (ə) müqəddəs hərəminin rəsmi xəbər portalına istinadən verdiyi xəbərə görə həftənin şənbə günü, 10 yabvar 2015-cil tarixində BMT-nin İraqdakı nümayəndəsi dünyanın mədəniyyət və icəsənət aləminin tanınmış şəxsiyyətlərinin iştirakı ilə keçirilən mərasimdə Kərbəlanın "İmam Hüseyn Muzeyi"nin müdiri "Əla Əhməd Ziyauddin"in təltif mərasimində onun işini yüksək dəyərləndirərək, bu muzeyi  dünyanın 10 ən yaxşı muzeyindən biri kimi elan etdi.



Bu mərasimdə İraqın BMT-dəki nümayəndəsi Əli Kəmunə öz çıxışı zamanı Kərbəlanın "İmam Hüseyn Muzeyi"nin müdiri "Əla Əhməd Ziyauddin"in işini yüksək dəyərləndirdi və muzeydə əməyi olan hər kəsdən təşəkkür etdi.



O əlavə etdi: BMT artıq dörd ildir ki, Kərbəlanın ictimai nüfuzlu şəxslərinin tanınması və təltif olunması yönündə mərasimlər keçirir ki, bu da İraq ilə beynəlxalq ictimaiyyət arasında bağlılıqların yaranması üçün gözəl addım sayılır.



O dedi: Bu cür proqramların icrasından məqsədimiz Kərbəlanı bütün dünyaya tanıtdırmaqdır.



Kəmunə vurğuladı: "Əla Əhməd – İmam Hüseyn (ə) muzeyinin müdiri və Vaşinqton Universitetinin Muzey İdarəçiliyi ixtisası üzrə məzunu, İraq tarixinin mühüm bir hissəsini özündə canlandıran bu muzeyi dünya səviyyəsində tanıtdıra bildi. Tariximizin bu hissəsi fədakarlıq kimi ən yüksək insani dəyərləri ehtiva edir".


Teqlər: imam ، Hüseyn ، kərbəla ، muzey ، bmt
captcha