IQNA

İsveçrədə yeni anti-İslam hərəkatı fəaliyyətə başladı

8:57 - January 13, 2015
Xəbər sayı: 2703961
Beynəlxalq qrup: Öncə Almaniyada öz mövcudluğunu elan etmiş "PEGİDA" anti-İslam hərəkatı bu dəfə öz fəaliyyətinə İsveçrədə start verdi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "heures 24" informasiya portalına istinadən verdiyi xəbərə görə bir az öncə Almaniyanın ictimai şəbəkələrində öz mövcudiyyətini elan etmiş anti-İslam PEGİDA hərəkatı bu dəfə öz fəaliyyətinə İsveçrədə də star verdi.

PEGİDA 2015-ci ilin Fevral ayının 16-da İsveçrədə müsəlmanların bu ölkədə yaşamasının əleyhinə yürüş keçirmək niyyətindədir.

Almaniyanın "Sonntagszeitung" (Suntaq Zeitunq) qəzetinin yazdığına görə "PEGİDA" anti-İslam hərəkatının İsveçrədə fəaliyətə keçməsi bu hərəkatla bağlı təşkilatın Zurixdə təsis edilməsi ilə eyni vaxtda baş verib. İsveçrə müsəlmanları əleyhinə keçiriləcək yürüşlərin də bu təşkilatın vasitəsilə həyata keçirilməsi planlaşdırılıb.

Anti-İslam PEGİDA hərəkatının fəaliyyətləri "Walterwobmann" – UDC (Mərkəzi Demokratik Birlik) partiyasının milli müşaviri və bu partiyanın cavanlar şöbəsinin rəisi, tərəfindən himayə olunur.

İsveçrə müsəlmanları ictimaiyyətinin nümayəndələri PEGİDA anti-İslam hərəkatının bu ölkədə peyda olmağına reaksiya göstərmiş və cavanların bu cür addımlarının öncədən qarşısının alınması üçün tədbirlər görülməsini istədilər.

2698632

Teqlər: İsveçrə ، Anti ، İslam ، pegida ، almaniya
captcha