IQNA

Kərbəlada İmam Hüseyn (ə) muzeyi Kəbənin pərdəsi ilə zinətləndi

9:23 - January 13, 2015
Xəbər sayı: 2703979
Beynəlxalq qrup: İmam Hüseynin (ə) Kərbəladakı muzeyində tarixi, dəyərli və nəfis əsərlər arasında Kəbənin tarixi, aztapılan və nadir pərdəsi də bu muzeyə tamaşaya gələnlərin marağını cəlb edən əşyalardandır.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İmam Hüseynin (ə) müqəddəs hərəminin rəsmi xəbər portalına istinadən verdiyi xəbərə "Əla Əhməd Ziyauddin – Kərbəlada İmam Hüseyn (ə) muzeyinin müdiri və Vaşinqton Universitetinin Muzey İdarəçiliyi ixtisası üzrə məzunu, bu barədə dedi: Müqəddəs Kəbənin bu gözəl pərdəsi ki, çox nadir və tarixi bir parçadır, İmam Hüseyn (ə) aşiqləri və Əhl-Beyt (ə) dostlarından bir nəfər tərəfindən muzeyə hədiyyə olunmuşdur.



O dedi: Bu pərdə Kəbənin qızıl qapısından asılan pərdənin bir parçasıdır ki, xalis qızıl və gümüş ilə yazılmış Quran ayələri və naxışlar ilə bəzədilmişdir.



Əla Əhməd Ziyauddin əlavə etdi: İmam Hüseyn (ə) muzeyinin texniki personalı bu pərdəni muzeydə yerləşdirmək üçün divarları 1.75 x 3 metr olan maket düzəltdilər.



Qeyd edək ki, Kəbənin pərdəsindən bir parça olan bu əsərin eni 2 və uzunu 3 metrdir ki, xalis qızıl və gümüş saplarla tikilmişdir. Bu cür pərdələrin hazırlanması çox çətindir və xüsusi ustalıq və peşəkarlıq tələb edir.   



2699689

Teqlər: kərbəla ، muzey ، kəbə ، pərdə ، imam ، Hüseyn
captcha